Icma.az
close
up
RU
Qalmaqal yaradacaq sözlər: “Məhsəti Gəncədə pis mənada tanınırdı”

Qalmaqal yaradacaq sözlər: “Məhsəti Gəncədə pis mənada tanınırdı”

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Bir nəfər film çəkir, bəyənən də olur, bəyənməyən də. Bəyənməyənlər səlahiyyətli məmurlar isə, filmi qoyurlar rəfə, ekranlara buraxmır, müzakirəyə çıxarmırlar. Əvvəllər belə olub. Ədalət naminə baxıram ki, internet saytlarında yeni çəkilən filmdən və mübahisə obyektindən xəbəri olmayanlar düşüblər meydana, daxili mədəniyyətlərinin miqyasıyca leksikonlarındakı bütün qara enerjili sözləri xanım rejissorun ünvanına yazırlar. Bununla kifayətlənmir, hətta onun şəxsi həyatı, şəcərəsi və ailə məsələlərini də hədəfə alırlar. Camaatımızdan bir qismin elmsiz, zəkasız, hətta tərbiyəsiz qaragüruha çevrilmə mexanizmi mənə çox ağır gəlir.

Sayt müxbirinin filmlə bağlı mənə müraciət etməsinə etirazım olmadı, cavablandırdım ki, filmi görməmişəm, onun haqqında bir söz deyə bilmərəm, ancaq mübahisə və münaqişənin obyekti olan Məhsəti Gəncəvi haqqında qədim və orta yüzil mütəxəssisi olan filoloq kimi danışmağa faktlara söykənən sözlərim var. Əlbəttə, məqsədim münaqişəni yumşaltmaq, məlumatsız adamlarda kütləvi kütlük psixozunun təsirilə hətta ədəbsizlik dərəcəsinə gəlib çıxan predmetsiz dedi – qodunu kəsmək idi. Yəni ki, film çəkənləri bu dərəcədə təhdid etməyin yeri yoxdur, əgər o şairə ilə bağlı erotik səhnələr varsa, yerindədir – fikrilə tənqid hədəfini məlumatsız qaragüruhun şərrindən qurtarmaq idi. Sən demə, mütəxəssis sözü belə qaragüruha təsir etməz, hətta  hiddətləndirər, qəzəblərini ona yönəldərlər – təcrübəsini nəzərdən qaçırmışam.

“Mömin mömin üçün güzgü yerindədir” fikri hədisi – şərifdə keçir. Ona görə də, mənə qarşı yönələn təhdid və təhqirlərin müəllifləri, mömin olmasalar da, əslində özlərinə xas cizgiləri “bədənnüma güzgü”də tamlıqla göstərirlər. Nəinki özləri, hətta genetik kodları, şəcərələri haqqında da üzdə olmayan geniş məlumatı verirlər. Əvvəla onu deyim ki, saytdakı sözlərim fars dilinə bələd olan hər bir şərqşünas üçün yenilik deyil, bunu tamamilə təsdiq edə bilərlər. Alman şərqşünas alimi Fritz Meier (1912- 1998) “Gözəl Məhsəti” monoqrafiyasında şairənin yüksək sənətkarlıqla yazdığı erotik şeirlərinin təhlilinə xeyli səhifə ayırıb. İslam sferasında bayağı olmayan, gözəl yazılan erotik şeirlər “bəhnamə” janrının tələblərinə uyğun olaraq, sənətkarlıq nümunəsi sayılır. Əbu Əli ibn Sinanın və Nəsirəddin Tusinin bəhnamələri məşhurdur. Şeyx Həkim Nizami “Xosrov və Şirin”, “Həft peykər” dastanlarında bəhnamənin tələblərindən geniş bəhrələnib.  

Məhsəti haqqında təzkirələrdə bəzən bir-birini tamamlamayan kifayət qədər çox məlumat var. O, üç təxəllüs (Məhəsti, Mahəsti, Məhsitti), dörd adla (Munisə, Muniscə, Muniyaçə, Məhsitti xanım) tanınıb, biz ona ənənəvi olaraq “Məhsəti” deyirik.Əmir Əhməd, Sultan Səncər, Əmin Qorçi... bu adlar xanımın məşuqlarından bir neçəsidir. Fars ədəbiyyatının böyük klassiki Fərid əd-Din Əttar Sultan Səncərlə xanımın macəralarından yazıb. Şah və əyan məclislərini əyləndirən, buynuz dolusu şərab içən bu xanım əslən Xocənddəndir, Gəncəyə 20 yaşı olarkən anası ilə birgə gəlib, Bu barədə təzkirəçilərin dediklərilə razılaşan Məhəmmədəli Mollazadə Gəncəvi də yazıb.   

Şeyx Həkim Nizami Gəncəvidən o, 22 yaş böyük idi, hicri-qəməri təqvimlə 576-cı ildə 88 yaşında dünyadan köçüb. “Xosrov və Şirin” dastanında “Dər tarixo sabiğeyi in nəzm” bəhsində Atabəyə ondan daha artıq iltifat görtərdiyi üçün Məhsəti barədə şeyx yazır:

Sittiyo Məshətira bər ğəzəlhaş

Şəbi səd gənc bəxşəm əz məsəlhaş.

(Sitti və Məshətinin qəzəllərinə bir gecədə, məsəlçün yüz xəzinə bağışlaram.) Yəni, onların bütün qələmə aldıqlarını mən bir gecədə yazaram. Şeyxin son dərəcə böyük diplomat ədəbiylə dediyi sözlər, heç kəsi aşağılamadan şahın qüdrətli şair axtarışında nəzərlərini özünə sarı yönəltməkdi.

Məhsəti özünün şəhraşubları ilə Gəncədə pis mənada tanınırdı. “Şəhəri çaxnaşdıran” mənasına gələn bu şeir şəkli, bir qayda olaraq, lətair sözlərsiz söylənməzdi. Məshəti ancaq fars dilində yazıb, rübaisində cəmi bir türk sözü ”para” (pul) olan nəzmini nəzərinizə çatdırıram. namus mücəssəməsi kimi tanıdılan, bu xanımın Feridun Nurzadənin tərtib və çap etdiyi “Məhsətinamə” adli divandakı 315 rubaisindən ancaq birisini göstərməklə məsələni çox uzatmıram.

Qofti ke, tora bəsi qəmxarə əst,

Bi rüşvəto parə əz toəm səd parə əst.

Gər rüşvət tələbe mara kun parə əst,

Vər parə tələb koni, məra kus parə əst.

(Dedin ki, qəmxarlığın yetər, Səndən rüşvətsiz yüz para almalıyam. Əgər rüşvət tələbindəsənsə mənim ... paradır.

Və para tələb etsən mənim... paradır.)

Nöqtələr qoyduğum sözlərin tərcüməsini yazmaq ayıbdır. Şairə bu föhş sözləri, təəssüf ki, ayıb bilməyib.

Məhsəti Gəncəvinin farsca yazan ilk şairə olmaq etibarıyla qələm ustadı kimi gözəl sənət nümunələri yaratması mübahisə doğurmur. Söhbət şəxsin bir ömür boyuca necə yaşaması, tarixin yaddaşında nə sayaq qalması üstündədir. Çox vaxt tərif və təltiflərin ünvanı çalpaşıq düşür, layiqlilər kölgədə qalır. Məhsəti Gəncəvinin yubileyi nəiki dünyanın aliqədr məclislərində keçirildi, hətta heykəlləri qoyuldu, adına Krım rəsədxanasının mərhum astronomu Çernıxın kəşf etdiyi astroidlərdən (kiçik planet) birinə şairənin adı verildi. Onunla bir yüzildə yaşayan dönməz, əyilməz, işıqlı böyük şəxsiyyət, söz ustadı Xaqani Şirvaninin yubileyi isə heç yerli miqyasda da qeyd olunmadı.

FİRUDİN  QURBANSOY


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see263

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see189

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see182

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see174

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see159

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see129

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see127

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri