Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Məhsəti Gəncəvi haqqında 16 maraqlı məqam

Məhsəti Gəncəvi haqqında 16 maraqlı məqam

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məhsəti Gəncəvi haqqında müzakirələr neçə gündür ara vermir. Filmi görmədiyimdən (Suad Qaranın “Məhsəti” filmi - red.) bu barədə nəsə deyə bilmirəm. Bununla belə getdikcə daha dərindən əmin oluram ki, istənilən filmin də, başqa hər hansısa işin də bir ayağı mütləq elmi həqiqət və dəlillərə söykənməlidir. Bunlar isə kitabxanalardadır.

İndi isə şairə haqqında elmi biliklərimizi bir az artırmaqdan ötrü fürsət bu fürsətdir deyib, onun həyatı haqqında bəzi qeydləri qulluğunuza ərz edim. Yazdıqlarım akademik Rafael Hüseynovun 1989-cu ildə çapdan çıxmış “Məhsəti necə varsa” kitabından götürülüb.

1. Məhsəti haqqında bildiyimiz məlumatların çoxu XII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanındandır;

2. Məhsəti barədə ilk təzkirə məlumatı Həmdullah Qəzvininin 1330-cu ildə qələmə aldığı “Tarixe-qozide” əsərindədir. Müəllif burada şairə haqqında ötəri yazıb. Onun yaxşı rübailərinin olduğunu qeyd edib;

3. Məhsəti Tacəddin Əhməd ibn Xətibi Gəncə adlı adama ərə gedibmiş. Həmdullah Qəzvini şairənin ərinin Sultan Mahmud Qəznəvi ilə eyni dövrdə yaşadığını, yaxşı şeirlər qoşduğunu, arada xanımı ilə deyişdiyini də yazıb. Amma sonralar tədqiqatçılar Həmdullah Qəzvinini səhv çıxarıblar. Elmi rəylərə görə, şairənin eyni dövrdə yaşadığı bu Sultan Mahmud tamam ayrı Sultan Mahmuddur. Yəni Firdovsiyə “Şahnamə”ni yazdırıb, qonorarını vermək işini dəbbələyən padşah deyil, Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşahdır. Daha bu Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşah özü kimdir, bilmirəm;

4. Məhsəti nə vaxt anadan olub, nə vaxt dünyadan köçüb, bəlli deyil. Bununla belə bəzi tarixi faktların tutuşdurulma-müqayisəsi doğum ili kimi izləri təxminən 1089-cu ilə aparır. Uzun ömür yaşayıb. Hardasa yetmişi aşırıb. Ahıl yaşlarında da saraya gedib-gəlirmiş və ona yüksək ehtiram göstərirmişlər;

5. A.Russo soyadlı bir alimin fərziyyəsinə görə, Məhsəti qadın yox, kişiymiş. Maraqlıdır ki, Məhsətinin oxşarı da varmış. Məşhur şərqşünas Y.E.Bertels isə hesab edirmiş ki, Məhsəti təxəllüslü şairə ümumən olmayıb, ona tarixi şəxsiyyət yox, mifik varlıq kimi yanaşmaq lazımdır;

6. Məhsəti tarixi şəxsiyyət kimi həqiqətən yaşayıbsa, sənəti dəbirlikmiş. Yəni sarayın ümumi şöbəsinin işçisi kimi əsasən kargüzarlıq, sənədlərin üzünün köçürülməsi, yeri düşəndə “mühasiblik” lə məşğul olub halal çörəkpulunu qazanırmış. Buna görə ləqəbi də Dəbirmiş, əsl adı isə Mənicə. Yozumlara görə, ona verilmiş Məhsəti təxəllüsü “Böyük xanım”, ya da “Ay üzlü xanım” mənası verir;

7. Yazdığı erotik şeirlərə rəğmən Məhsəti əxlaqsız qadın olmayıb. Onunla eyni vaxtda yaşamış Fəridəddin Əttar hətta onu “Pak Məshəti” adlandırırdı. Şairənin cavan oğlanlara açıq-saçıq misralar qoşması isə o dövrün şəhər mədəniyyətinin mühüm parçası olan şəhraşub şeir janrının mahiyyətindən gəlir. Yənu Anadolu türkləri demiş, bunlar hamısı xəyal ürünüdür, Məhsətinin bu yazdığı fantaziyaların hamısını özünün də yaşamasına qətiyyən dəlalət eləmir;

8. Məhsəti indiyə qədər tanıdığımız ilk qadın şahmatçımızdır. Dastana əsaslansaq, şahmatdan başqa musiqi təhsili də almışdı. Muğamı bilir, çəng, ud və bərbətdə ifanı bacarırdı;

9. Ömər Xəyyamın adına çıxılan təxminən 250-ə qədər rübai əslində Məhsətiyə aiddir. Amma hansılardır, ayırd etmək müşküldür;

10. Məhsəti “Divanı”nın ən mükəmməl nəşri ötən əsrin 60-cı illərinə aid Frits Meyer nəşri sayılır, orada 258 rübai və 21 poetik parça cəmləşib;

11. Qədim Elladadan çıxmış məşhur şairə Sapfo ilə Məhsətinin həm şəxsiyyəti, həm yaradıcılığı, həm də haqqında qoşulmuş əfsanələr, rəvayətlər, söyləmlər arasında çox qəribə yüzdəyüz bənzərliklər görünür;

12. “Məhsəti və Əmir Əhməd” dastanında Məhsətinin məzarının Nizaminin məqbərəsinin yanında olması barədə qeyd var. 1923-cü ildə aparılmış qazıntı zamanı Nizaminin qəbrinin yanında həqiqətən bir qadın qəbri tapılıb. Bu qadın qəbri kimindir, hələ də bilinmir;

13. Əgər indiyədək dağıtmayıblarsa, Əfqanıstanın Taşqorqan adlı yerində Məhsətinin adını daşıyan qız məktəbi var;

14. Şairənin hamıya tanış olan məşhur rəsmini xalq rəssamı Güllü Mustafayeva (1919-1994) 1947-ci ildə çəkib;

15. Mərhum Hüseyn Cavidin fitri istedadlı oğlu Ərtoğrul Cavid Məhsəti haqqında opera yazırmış, ölüm imkan verməyib, yarımçıq qalıb;

16. “Məhsəti və Əmir Əhməd” dastanının bizə gəlib çatmış XV əsr nüsxəsindən maraqlı bir məqam: Məhsəti doğulanda atası falabaxan gətirib tas qurdurur, qızının gələcək taleyini öyrənmək istəyir. Falçı baxıb deyir ki, kişi, qızın bədbəxt oldu getdi, bu, böyüyüb şairə olacaq.

On yeddinci də bu olsun ki, Şərq həqiqətən qəliz məsələdir...

Yadigar Cəfərli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:414
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Dekabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri