Icma.az
close
up
RU
Qalmaqallı ərazilər Gürcüstana qaytarılacaq? Yaxın onillikdə böyük hadisələr baş verməsə...

Qalmaqallı ərazilər Gürcüstana qaytarılacaq? Yaxın onillikdə böyük hadisələr baş verməsə...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

“Gürcüstanın ərazi bütövlüyünün bərpası realdır”.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Imedi” telekanalına müsahibəsində deyib.

Hökumət başçısı vurğulayıb ki, əgər səbr nümayiş etdirsələr, bu səbrlə öz siyasətlərini istiqamətləndirmək üçün istifadə etsələr, Gürcüstanın ərazi bütövlüyünün bərpası reallaşar". Kobaxidzenin sözlərinə görə, bu məsələnin həlli müxtəlif amillərdən asılı olacaq:

"Lakin səbr və düzgün siyasətlə hər şey mümkündür".

Politoloq Oqtay Qasımov Bakıvaxtı.az-a deyib ki, "Gürcü Arzusu" Partiyasının hakimiyyətə gəlməsinin əsas şüarlarından biri ərazi bütövlüyünün bərpası ilə bağlı idi.

Ekspertin sözlərinə görə, o zaman "Gürcü Arzusu" Mixail Saakaşvili hakimiyyətini Rusiya ilə siyasəti düzgün qurmamaqda suçlayır və bunun nəticəsində Gürcüstan ərazilərinin işğal edildiyini deyirdilər:

"Amma özlərinin hakimiyyətdə olduğu 13 il ərzində hələlik ciddi bir dəyişiklik yoxdur. Rusiya Cənubi Osetiya və Abxaziyanı əslində 2008-ci ildə işğal etməyib. Söhbət birbaşa işğal və dolayısı işğaldan gedirsə, bu bölgələr hələ SSRİ dağılandan sonra, Gürcüstanın müstəqilliyinin ilk illərində iki bölgədə məhz Rusiyanın dəstəyi ilə separatçı qurumlar yaradılıb. Ondan sonra Rusiya silahlı qüvvələri "sülhməramlı" adı ilə bölgəyə yerləşdirilib. Sonrakı proseslər isə məlumdur”.

Oqtay Qasımov: "Gürcü Arzusu" Rusiya ilə münasibətlərdə daha ehtiyatlı siyasət yürüdür

Müsahibimiz xatırladıb ki, 2008-ci ildə Gürcüstan ordusu Cənubi Osetiyanı azad etmək məqsədi ilə hərəkətə keçsə də, qarşısında Rusiya ordusunu gördü. Rusiya Gürcüstanı cəzalandırmaqla həmin bölgələrin "müstəqilliyini" də tanıyaraq ayrıca subyekt elan etdi. Hər iki bölgədə öz hakimiyyətlərini yaratmaqla bölgəyə özünün iri hərbi bazalarını yerləşdirdi. Bu da Rusiya üçün ciddi strateji üstünlük vəd etdi.

Analitik vurğulayıb ki, "Gürcü Arzusu" Rusiya ilə münasibətlərdə Saakaşvili hakimiyyətindən fərqli olaraq daha ehtiyatlı siyasət həyata keçirir:

"Ukrayna ilə müharibə başlayandan sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalara Gürcüstan hökuməti qoşulmadı. Rusiya əleyhinə hansısa davranış sərgiləmədi. Bu da Gürcüstanda hakim partiya və onun tərəfdarlarında belə bir ümid yaratdı ki, məhz bu siyasət nəticəsində gələcəkdə Rusiya ilə danışıqlar yolu ilə sözügedən iki bölgəni Gürcüstana qaytarmaq mümkün olacaq. Rusiyada da bəzi ekspertlər və rəsmilər tərəfindən mülayim açıqlamalar verildi. Amma hesab etmirəm ki, yaxın onillikdə böyük hadisələr baş verməsə, bu ərazilər Gürcüstana qaytarılacaq. Bu, kifayət qədər problematikdir".

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri