Icma.az
close
up
RU
Qalmaqallı finalda Seneqal kuboku baş üzərinə qaldırdı

Qalmaqallı finalda Seneqal kuboku baş üzərinə qaldırdı

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Ötən gecə Afrika Millətlər Kubokunun həlledici oyunu keçirilib. Sport24.az xəbər verir turnirin son matçında Seneqal millisi meydan sahibləri Mərakeşlə qarşılaşıb.

Moulay Abdullah İdman Kompleksində keçirilən görüşdə Seneqal millisi qalib gəlib – 1:0.

Oyunun taleyi əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.

Final oyunu qalmaqalsız ötüşməyib. Seneqal millisinin baş məşqçisi Pap Tiyav qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə etiraz edərək komandanı meydandan çıxarıb. Buna qədər matçın 90+2-ci dəqiqəsində seneqallıların vurduğu qol da qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub. Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Bu zaman Seneqalın lideri Sadio Mane yaşananlara müdaxilə edərək oyunun davam etməsinə nail olub. O, paltardəyişmə otağına yollanaraq komanda yoldaşlarını meydana qaytara bilib.

Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqalın qapıçısı Eduar Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Qeyd edək ki, bu Seneqal millisinin Afrika Millətlər Kubokunda ikinci zəfəridir. Komanda 2021-ci ildə də kuboku baş üzərinə qaldırıb. Mərakeş isə 1976-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Ötən gün bürünc medal uğrunda görüşdə isə Nigeriya penaltilər seriyasında (4:2) Misirə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Yanvar 2026 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri