Qalmaqallı prokuror işdən ÇIXARILDI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Adı müxtəlif qalmaqallarda hallanan prokuror Heydər Yusifzadə vəzifəsindən azad edilib.
Redaktor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
Sonuncu dəfə Xocalı Rayon Prokurorluğuna təyinat alan Yusifzadə, Əmrə əsasən, prokurorluq orqanlarından xaric edilib.
Qeyd edək ki, H.Yusifzadə daha əvvəl Bakı Şəhər Prokurorluğunda və Baş Prokurorluğun Cinayət Təqibindən kənar İcraatlar İdarəsində prokuror, Xətai Rayon Məhkəməsində dövlət ittihamçısı kimi çalışıb. O, bundan əvvəl də nöqsanlara görə Bakıdan Xocalıya göndərilmişdi. Lüks həyat tərzi ilə də gündəmə gələn Yusifzadə keçmiş mərhum prokuror Vəli Yusifovun oğludur.
Bu mövzuda digər xəbərlər:Qalmaqallı sektor müdiri işdən ÇIXARILDI
08 May 2026 15:44
Qalmaqallı hadisəyə görə Səməd Seyidovun köməkçisi də işdən ÇIXARILDI
08 Fevral 2026 22:12
Əliqismət Lalayev işdən ÇIXARILDI
04 Aprel 2025 18:12
Məktəb direktoru işdən ÇIXARILDI
21 Dekabr 2024 21:45
Məşhur iqtisadçı işdən ÇIXARILDI
05 Avqust 2025 20:01
Baxış sayı:120
Bu xəbər 25 Mart 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















