Icma.az
close
up
RU
Menu

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Qan azlığını necə aradan qaldırmaq olar? Şəhla Şabanova

Qan azlığını necə aradan qaldırmaq olar? Şəhla Şabanova

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Şəhla xanım, payız-qış mövsümündə hansı meyvə-tərəvəzlə qan azlığını aradan qaldırmaq olar?

- Bildiyimiz kimi, bir çox vitamin və mikroelementlər qan yaranmada aktiv iştirak edir. Bu vitamin və mikroelementlərdən ən vacibləri dəmir elementi, sianokobolamin (vitamin B12) və Fol turşusudur (vitamin B9).

Təbiətdə bunların hər biri bitki və heyvani mənşəli qidalarda rast gəlinir.

Əlbəttə ki, hər bir meyvə-tərəvəz öz mövsümünə uyğun olaraq istifadə edilməlidir.

- Dəmir mikroelementinin orqanizm üçün nə kimi faydası var?

- Bildiyiniz kimi, qana qırmızı rəng verən hüceyrə eritrosit və onun tərkibindəki hemoqlobin zülalıdır. Bədənimizdəki dəmir miqdarının təxminən 2/3-si hemoqlobinin tərkibindədir. Yəni, dəmirin çatışmazlığı ilə hemoqlobin azlığı bir başa əlaqəlidir. Dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı (anemiya) izlənilə bilər.

Qırmızı qan hüceyrəsinin əsas funksiyası oksigenin ağciyərdən toxumalara daşımaqdır. Qan azlığı zamanı bu funksiya tam təmin edilmədiyi üçün toxumaların qidalanma və oksigenizasiyası yetərli olmur. Bu səbəbdən erkən yorulma, təngnəfəslik, halsızlıq, baş gicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması, saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması və s. kimi şikayətlər izlənilə bilər. Şikayətlər mütəxəssis həkim tərəfindən dinlənilərək, anemiya müayinəsi ilə tamamlanmalıdır. Müalicə həm medikamentoz, həm də duzgün qidalanma ilə aparılır. Duzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdə tutulur.

Dəmirlə ən çox zəngin qida məhsulu əsasən qırmızı ət, yumurta, quru meyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanik meyvələr, tut bəhməzi, qarabaşaq hesab olunur. Qan yaranmada rol oynayan dəmir bioyararlığına görə heyvani və bitki tərkibli dəmirə ayrılır. Heme dəmiri və ya heyvan mənşəli dəmirə üstünlük verilir, çünki bədən tərəfindən asanlıqla sorulur. Nə qədər mövsumi meyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəli qidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həm meyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir.

Həmçinin, B12 vitaminin çatışmazlığı da qanazlığı yarada bilər. Vitamin B12 və Fol turşusu çatışmazlığı zamanı Meqaloblastik dediyimiz qan azlığı yaranır. Bundan əlavə, B12 vitamini DNT sintezində, sinir sisteminin doğru işləməsində orqanizm üçün vacib rol oynayır. Onun çatışmazlığı qan azlığı ilə birgə, immun sisteminin zəifləməsi, metobolizma pozğuluğu, nevroloji və psixoloji dəyişikliklər yarada bilər.
B12 vitamini daha çox heyvani mənşəli qidalarda rast gəlinir. Ət, balıq, yumurta, süd və süd məhsulları bu vitaminlə zəngin qida vasitələridir. Taxıl məhsulları, bitki südləri, soya və badam südü də B12 vitamini ilə zəngin hesab edilir.

Fol turşusu qan yaranmada vacib rol oynayan vitaminlərdəndir. O, DNT sintezində, qırmızı qan hüceyrələrin yaranma və çoxalmasında iştirak edir. Embrional dövrdə ilk yaranan sistemlərdən biri sinir sistemidir ki, fol turşusu sinir sisteminin yaranmasında önəmli rol oynayır. Hamiləlik dövründə yetərlı fol turşusunun qəbulu olmazsa, “Spina Bifida” dediyimiz problem, yəni ana bətnindəki dölün onurğa kanalının tam bağlanmaması izlənilir. Məhz bu səbəbdən, hamiləlik planlaşdıran xanımlara hamiləlik öncəsi bir neçə ay və hamiləliyin ilk 3 ayı fol turşusu təyin edilir.

Təbii yolla fol turşusu ilə zəngin yeyəcəklər əsasən bitki tərkibli olur. Məsələn, kahı, göy soğan, cəfəri, yaşıl lobya, yaşıl mərci. Fol defisiti izlənilən şəxslərdə bu yeyəcəkləri qida rasionuna mütləq əlavə edilməsi məsləhət görülür.

- Qeyri-sağlam qidalanma qan azlığı yarada bilərmi?

- Balanslaşdırılan qidalanma sağlam yaşamın ilk təməl daşlarındandır. Balanslaşdırılan qidalanma dedikdə, zülal, karbohidrat, yağ tərkibli, eləcə də vitamin və mineral ehtiyacını qarşılayan qidalanma nəzərdə tutulur.
Sağlam qidalanma immun sistemi gücləndirir, bir çox xəstəliyin qarşısını alır. Bu səbəbdən də kiçik yaşlardan etibarən gündəlik qidalanma vərdişlərinə fikir vermək və sağlam qidalanmağı vərdiş halına salmaq vacibdir. Qeyri-sağlam qidalanma zamanı orqanizm gərəkli vitamin, mineral, zülal və digər vacib qidalarla təmin olunmur.

Bəzən isə düzgün qidalanmama dedikdə, yanlış qida tərzi nəzərdə tutulur. Məsələn, bir çox qida məhsulları var ki, bunları dəmirlə zəngin qidalarla birgə istifadəsi dəmirin mədə-bağırsaqdan sorulmasını azaldaraq, dəmir defisitli anemiyaya səbəb olur. Dəmirlə zəngin qida məhsulunu kəpəkli qidalar, qara çay, qəhvə ilə birgə qəbulu zamanı dəmirin sorulması ləngiyir. Ona görə, qeyd edilən məhsulların yeməkdən 2 saat sonra qəbulu tövsiyə edilir.

- Qan azlığının immunitetə təsiri varmı?

- İmmun sistemin əsas funksiyası orqanizmi yad cisimlərdən qorumaq, mikroorqanizmləri məhv edərək, yayılmasının qarşısını almaqdır.

İmmun sistemin vacib xüsusiyyətlərindən biri də minlərlə fərqli mikroorqanizmi tanıyıb ayırd etməsidir. İmmun sistemin sağlam fəaliyyət göstərməsi üçün qida vasitələri kimi bir çox tövsiyələr var.

Diqqət alınacaq hal sağlam qidalanmama zamanı immun sistemin zəifləməsidir. Karbohidratlarla zəngin və zülalla zəngin olmayan qidalanma, artıq çəki və ya yorğunluq immun sistemini zəiflədir. Uşaq vaxtından davam edən qan azlığı, düzgün qidalanmama yenə də immuniteti zəiflədən nüanslardandır. Düzgün qidalanma və həyat rejimi, fiziki aktivlik, yuxu rejiminə diqqət etmək immun sistemə təsir edən faktorlardan hesab edilir.

- Doktor, ildə neçə dəfə qan müayinəsi üçün hematoloqa müraciət edilməlidir?

- Hemoqram (yəni, qanın ümumi analizi) qanda olan qırmızı qan hüceyrəsi (eritrosit), ağ qan hüceyrəsi (leykosit), qan lövhəcikləri olan trombositlərin miqdarını göstərən sadə testdir.

Müasir zamanda tibbin inkişafı ilə bağlı qanın umumi analizində ən azı 28 parametr baxıla bilir. Bu da böyük üstünlüklər yaradır. Qanın ümumi analizini təhlil edərkən, pasientdə ilkin vəziyyət qabaqcadan görülür. Belə ki, şəxsdə qan azlığı varsa, onun hansı növü təxmin edilir. Qan azlığını hemoglobin, eritrosit, hemotokrit dəyərlərinin normadan aşağı olması ilə izlənilir.

Digər hemoqramdaki vacib parametr orqanizmi müdafiə edən ağ qan hüceyrəsidir. O, leykosit və bu ailəyə daxil qan hüceyrələrin az və ya çox olması orqanizmdə immun vəziyyəti, allergik halı, qanın sistemik xəstəliyin olub-olmaması haqqında ilkin təxmin yaradır.

Bundan başqa, qan trombositləri (trombosit hüceyrələri) qanamada rol oynayan vacib hüceyrələrdir. Hemoqramda bu hüceyrələrin normal sərhəddən az və ya çoxluğu qan xəstəliyi barədə ilkin siqnaldır.
Qanın ümumi analizi ilkin testdir. Bir tək qanın ümumi analizi ilə hansı tərəfə istiqamət alınmalı və ya şəxsin praktik sağlam olması barədə ilkin fikirləri formalaşır.

Hər bir sağlam insan ildə iki dəfə həkim müayinəsindən keçməlidir. İlk öncə hemoqram testindən keçməlidir. Qanın ümumi analizi damardan qan alınıb qablaşdırılaraq, cihaz vasitətilə incələnir. Təxminən 1-2 saat ərzində nəticə hazır olur. İstər götürülmə mexanizmi, istərsə də cavabın tez əldə edilməsi asan olan bu test ilə bir çox xəstəliyi əvvəlcədən təxmin etmək mümkündür. Bu səbəbdən də ildə 1-2 dəfə hemoqram testi ilə hematoloq müayinəsi arzuolunandır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see273

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see250

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see242

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see235

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see232

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see231

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see222

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see216

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see215

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see212

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see211

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see209

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see208

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see207

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see197

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see191

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see188

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see185

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see176

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri