Icma.az
close
up
RU
Qan xərçənginin hüceyrələri immunitet sistemindən necə gizlənir? Alimlərdən AÇIQLAMA

Qan xərçənginin hüceyrələri immunitet sistemindən necə gizlənir? Alimlərdən AÇIQLAMA

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Lund Universitetinin (İsveç) alimləri müəyyən ediblər ki, SLAMF6 zülalı xərçəng hüceyrələrinin kəskin mieloid leykoz zamanı immunitet sisteminin hücumlarından yayınmasına imkan verir.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Cancer" jurnalında dərc edilib.

Kəskin mieloid leykoz (KML) qanın aqressiv xərçəng formasıdır, bu zaman bədxassəli hüceyrələr sümük iliyində sürətlə çoxalır və sağlam hüceyrələri sıxışdırır. Qeyd olunur ki, mövcud müalicə üsulları, məsələn, kimyaterapiya və kök hüceyrələrin transplantasiyası çox vaxt kifayət qədər effektiv olmur.

Tədqiqat zamanı alimlər xərçəng kök hüceyrələrinin səthində yerləşən zülalların ətraflı təhlilini aparıblar. Məhz onların köməyi ilə şiş ətraf mühitlə qarşılıqlı əlaqə yaradır. Məlumatları sağlam insanlardan götürülmüş nümunələrlə müqayisə edərək, yalnız bədxassəli hüceyrələrin qabığında SLAMF6 zülalını aşkar ediblər.

Bu zülalın rolunu başa düşmək üçün tədqiqatçılar "CRISPR/Cas9" gen redaktəsi üsulundan istifadə ediblər. Bu üsul hüceyrədə genləri dəqiq şəkildə söndürməyə və ya dəyişdirməyə imkan verir. Məlum olub ki, SLAMF6 xərçəng hüceyrələrinin T-hüceyrələrdən - immunitet sisteminin şişlə mübarizə aparan "döyüşçülərindən" gizlənməsinə kömək edir.

Əlavə təcrübələr zamanı alimlər SLAMF6-nın fəaliyyətini məhdudlaşdıran xüsusi anticism yaradıblar. Zülalın işi dayandırıldıqda, immunitet hüceyrələri şişi yenidən "görməyə" başlayıb və onu həm laboratoriya şəraitində, həm də təcrübə siçanlarında effektiv şəkildə məhv edib.

"Bu, immunitet sistemini yenidən işə salmaq və xərçəng hüceyrələrindən gizlənmək qabiliyyətini əlindən almaq kimi idi" , - deyə tədqiqatın müəlliflərindən biri Karl Sanden izah edib.

İndi komanda anticismin təkmilləşdirilməsi və kliniki sınaqlara hazırlıq üzərində işləyir. Bu kəşf terapiyaya davamlı leykozun müalicəsində yeni, daha dəqiq üsulların yaradılmasına mühüm addım ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Oktyabr 2025 02:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri