Icma.az
close
up
RU
Sümük xərçənginin müalicəsi niyə çətindir? Alimlərdən AÇIQLAMA

Sümük xərçənginin müalicəsi niyə çətindir? Alimlərdən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alimlər sümük xərçənginin müalicəyə niyə çətin tabe olduğunu aşkar etdilər.

Redaktor.az xəbər verir ki, Çinin Tuntsi Tibb Kollecinin alimləri sümük xərçəngi osteosarkoma ilə bağlı apardıqları araşdırmalarda bu xəstəliyin niyə bu qədər aqressiv olduğunu və niyə müalicəyə zəif cavab verdiyini müəyyən ediblər. Araşdırmanın nəticələri "Genes & Diseases" (G&D) adlı elmi jurnalda dərc olunub.

Osteosarkoma, əsasən yeniyetmələrdə və gənc yaşlı insanlarda rast gəlinən bədxassəli sümük şişidir. Bu xəstəlik sürətlə yayılmaq (metastaz vermək) qabiliyyəti və müasir terapiya üsullarına zəif reaksiyası ilə fərqlənir.

Alimlərin sözlərinə görə, şişin ətrafında yerləşən mikroətraf mühit- yəni hüceyrədənkənar matriks, damar hüceyrələri, fibroblastlar və digər elementlə- təkcə şişi dəstəkləmir, eyni zamanda onu müalicədən qoruyur və böyüməsini stimullaşdırır.

Araşdırma zamanı məlum olub ki, şiş toxumasının dərinliklərində tez-tez hipoksiya- yəni oksigen çatışmazlığı baş verir. Bu zaman xərçəng hüceyrələri "təhlükəsizlik rejiminə" keçir və ximioterapiyaya qarşı davamlı olurlar. Alimlər bu prosesdə əsas rolu HIF adlı zülalların oynadığını və gələcəkdə bu zülalların müalicə üçün hədəf ola biləcəyini bildirirlər.

Eyni zamanda, immun sisteminin də şişə qarşı düzgün işləmədiyi aşkar edilib. Yəni bəzi immun hüceyrələri xərçəngə qarşı mübarizə aparmaq əvəzinə, onu dəstəkləyir. Bu səbəbdən CAR-T hüceyrə terapiyası və ya "nəzarət nöqtəsi inhibitorları" kimi immunoterapiya üsulları bu növ xərçəngdə gözlənilən effekt vermir.

Hazırda tədqiqatçılar şişin mikroətrafını "təkrar proqramlaşdırmaq", yəni bu müdafiə baryerini dağıtmaq, hipoksiya siqnallarını bloklamaq və immun sistemin düzgün fəaliyyətini bərpa etmək üzərində çalışırlar. Alimlər bunun osteosarkomaya qarşı mübarizədə daha təsirli müalicə yolları açacağını və xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşısını ala biləcəyini qeyd edirlər.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 İyul 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri