Qanalı iştirakçı: Qlobal Şimal maliyyələşməni artırmağa razılaşarsa, biz bu problemin öhdəsindən gələ bilərik AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Biz Qanada idarəetmə təcrübələri üzərində işləyirik. Ölkəmizdə meşələri qorumağa çalışırıq. Eyni zamanda, aparılan tədqiqatları paylaşmaq və ya lazımi orqanlara çatdırmaq üçün platforma yaradırıq.
Bunu AZƏRTAC-a açıqlamasında Qananın AbibiNsroma Fondunun nümayəndəsi Kvame Frimpong Sekyere deyib.
İqlim dəyişikliyinin ən çox Cənuba təsir etdiyini vurğulayan COP29-un iştirakçısı, buna görə də maliyyənin əsasən Cənuba ayrılmasının vacibliyini diqqətə çatdırıb. “Qlobal Şimal maliyyələşməni artırmağa razılaşarsa, biz bu problemin öhdəsindən gələ bilərik”, - deyə o əlavə edib.
Frimpong Sekyere bildirib ki, Qanadakı fəaliyyətləri əsasən icma inkişafına həsr olunub.

Türkiyə hökuməti bu problemin öhdəsindən gələ bildi
28 Fevral 2025 17:08
Qanalı jurnalist: COP29 peşəkarlıqla təşkil olunub AZƏRTAC
23 Noyabr 2024 00:10
Kaxaber Tsxadadze: Problemin öhdəsindən gəlməyi bacardıq
28 Fevral 2025 21:57
Qanalı ictimai fəal: COP29da iştirakdan olduqca məmnunam AZƏRTAC
20 Noyabr 2024 19:08
Azərbaycan qlobal konfransın öhdəsindən asanlıqla gəlir
21 Noyabr 2024 10:05

