Icma.az
close
up
RU
Qanlı cinayətlərin təhqiqi davam edir

Qanlı cinayətlərin təhqiqi davam edir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi noyabrın 25-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Samir Məmmədov ifadəsində Laçında düşmən tərəfindən atılmış minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində başından yaralandığını bildirib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş hadisə zamanı Tural İsgəndərovun da xəsarət aldığını söyləyib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Ruslan Abbasov Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını bildirib. Hadisə zamanı daha iki nəfər yaralanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran zərərçəkmiş Vüqar Hüseynov da Kəlbəcərdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zərərçəkmiş Toğrul Əliyev Ağdamda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində qəlpə yarası aldığını bildirib. Həmin vaxt onun yanında olmuş Nazim Ağayev və Murad Əliyev də xəsarət alıblar.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran zərərçəkmiş Samir İbrahimov Xocalıda Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını deyib.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Bayram Ağcayev Kəlbəcərdə düşmənin açdığı atəşlər nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş Rəşad Quliyev Kəlbəcərdə düşmən tərəfindən atılmış artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralandığını bildirib.

Digər zərərçəkmiş Kamal Abdullayev ifadəsində Ağdamda Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış snayper atəşi nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Orxan Musayev Ağdam istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində sol göz nahiyəsindən yaralandığını deyib. Hadisə zamanı Bəhruz Rzayev və Nizami Cabbarov da yaralanıblar.

Digər zərərçəkmiş Dilqəm Həsənov Kəlbəcərdə düşmən tərəfindən açılmış artilleriya atəşi nəticəsində xəsarət aldığını bildirib.

Zərərçəkmiş Samir Xəlilov Ağdərədə Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən açılmış raket atəşi nəticəsində yaralandığını deyib. Hadisə zamanı Ülvi Mikayılov həlak olub.

Məhkəmə prosesi cinayət işi materiallarında olan sənədlər və digər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin olunub.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri