Icma.az
close
up
RU
Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq

Qanuna edilmiş dəyişikliklər patentlərə əlçatanlığı daha da asanlaşdıracaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 3 aprel, AZƏRTAC

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Qanun martın 31-dən qüvvəyə minib. Dəyişikliklər nəticəsində Qanunun ayrı-ayrı müddəaları arasındakı bəzi uyğunsuzluqlar aradan qaldırılıb. Beynəlxalq təcrübəyə uyğun olaraq “Patent haqqında” Qanuna bir sıra yeni anlayışlar daxil edilib. Həmçinin ixtiralara, faydalı modellərə və sənaye nümunələrinə patentlərin alınması prosedurları sadələşdirilib, iddia sənədlərinin ekspertizasının sürətləndirilməsinin təmin edilməsi və keyfiyyətinin artırılması məqsədilə bir sıra yeni müddəalar əlavə edilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Qanunvericiliyə dəyişikliklər və əlavələr edilərkən, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) mütəxəssislərinin tövsiyələri də nəzərə alınıb. Nəticədə milli patent qanunvericiliyində beynəlxalq təcrübədə olduğu kimi iddia sənədinin verilmə tarixinin müəyyən edilməsi, iddia sənədi üzrə bilavasitə təmsiletmə, ilkinlik iddiasında düzəlişlər və ya əlavələr, ilkinlik hüququnun bərpa edilməsi, imtina halında iradların təqdim olunması imkanı, müddətlərin uzadılması, müddətin qəsdən buraxılmadığı müəyyən edildikdə hüquqların bərpasına dair normalar təsbit edilib.

“Patent haqqında” Qanunda aparılmış dəyişikliklər ixtiralar üçün təxirə salınmış sistem üzrə, faydalı modellər və sənaye nümunələri üçün isə yoxlama sistemi üzrə mahiyyətcə ekspertizaya keçidi təmin edir. Mahiyyətcə ekspertizaya keçid patentə dair məlumatların dərci haqqında qərar əsasında deyil, ümumi qəbul edilmiş standartlara uyğun olaraq, Əqli Mülkiyyət Agentliyinin mühafizə sənədinin verilməsi haqqında qərarı əsasında həyata keçiriləcək. İddiaçının vəsatəti əsasında mahiyyətcə ekspertizanın keçirilməsinə dair Qanunda yeni müddəanın verilməsi ekspertizanın sürətli aparılmasını təmin edəcək və patentin verilməsi müddəti azalacaq.

Qanuna edilmiş yeni dəyişikliyə uyğun olaraq ixtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləri bir sıra prosedurları birbaşa Azərbaycanın Əqli Mülkiyyət Agentliyinə müraciət etməklə həyata keçirə biləcəklər. Lakin əvvəllər Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxslər iddia sənədlərinin verilməsi və patentin alınmasınadək olan mərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digər prosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyata keçirməli idi. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olurdu.

Patent qanunvericiliyinin təkmilləşdirilməsinin patent göstəriciləri üzrə ölkəmizin beynəlxalq reytinqinin artmasına da müsbət təsirinin olacağı gözlənilir.

İndiyədək pərakəndə şəkildə tənzimlənən, bir sıra hallarda isə ümumiyyətlə, tənzimlənməsi böyük problem olan daha aktual bir məsələ də öz həllini tapacaq: işəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı model və sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsi üçün hüquqi baza formalaşacaq. Yəni ixtiranın müəllifi patentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdən gəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclər çıxıldıqdan sonra qalan vəsaitinazı 50 faizini qonorar kimi ala biləcək.

Qanuna edilən dəyişikliklər ölkəmizin ÜƏMT-nin Patent hüququ Müqaviləsinə və Əqli mülkiyyət, genetik ehtiyatlar və genetik ehtiyatlarla əlaqəli olan ənənəvi biliklər haqqında Müqaviləsinə qoşulması üçün də böyük əhəmiyyət daşıyır. Dəyişikliklər barədə Qanunun qəbulu ilə bu sahədə yeni mərhələnin başlandığı xüsusi olaraq vurğulanmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Aprel 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri