Icma.az
close
up
RU
Qanunda boşluqlar: hüquqşünasın peşəkar bacarığı, yoxsa əxlaqi problem? EKSKLÜZİV

Qanunda boşluqlar: hüquqşünasın peşəkar bacarığı, yoxsa əxlaqi problem? EKSKLÜZİV

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hüquq normaları insan münasibətlərini tənzimləyən ümumməcburi davranış qaydalarıdır. Lakin hüquq sisteminin içində  boşluqların da olması istisna deyil. Bu bəzən bilərəkdən, bəzən isə gözlənilməz şəkildə baş verir. Qanunlara mükəmməl bələd olan hüquqşünaslar isə bu boşluqları görüb onlardan istifadə edə bilir. Bəs, buna nə ad verək? Peşəkarlıq, yoxsa əxlaqi dilemma?

Mövzu ilə bağlı hüquqşünas Yunis Xəlilov Moderator.az-ın suallarını cavablandırıb.
O bildirib ki, qanunvericiliyi nə qədər mükəmməl etməyə çalışsaq da, həyat daim dəyişir və bəzi hallar qanunlarda dəqiq tənzimləmələr nəzərdə tutulmur. Hüquqşünasların bir hissəsi bu boşluqları aşkara çıxarıb hüquq sisteminin təkmilləşdirilməsinə çalışsa da, təəssüf ki, bəziləri bu boşluqlardan hüquqlarını müdafiə etdikləri şəxslərin xeyrinə istifadə edirlər:

"Məsələn, dünya təcrübəsində vergi qanunlarında olan boşluqlardan istifadə edərək milyonlarla dollar qazanc əldə edən şirkətlərə rast gəlmək mümkündür. Bu, söz yox ki, qanunsuz deyil, bəs ədalətlidirmi?

Nümunə üçün qeyd edək ki, dünyanın ən böyük "fast-food" şəbəkələrindən biri olan "McDonald's" Avropada vergi qanunvericiliyinin boşluqlarından istifadə edərək milyardlarla dollar vergi ödəməkdən yayına bilmişdir. Məlumdur ki, şirkət gəlirlərini rəsmi olaraq Lüksemburq və Hollandiya kimi aşağı vergi dərəcəsi olan ölkələrdə qeydiyyata salırdı. Analoji hala texnologiya nəhəngi "Apple" şirkəti tərəfindən də yol verilmişdir. Belə ki, o, Irlandiya və Hollandiya vergi qanunvericiliyindəki boşluqlardan istifadə edərək milyardlarla dollarlıq vergidən yayına bilmişdir. Bu strategiya tarixə “Double Irish with a Dutch Sandwich” kimi düşmüşdür. Proses isə belə baş vermişdir. "Apple" gəlirlərini əvvəlcə İrlandiyada, sonra Hollandiya üzərindən başqa bir İrlandiya filialına köçürürdü. Nəticədə ABŞ-da və digər ölkələrdə ödəməli olduğu vergidən yayınırdı.

Ümumiyyətlə, uzun müddət Avropa Birliyində vahid vergi sistemi olmadığından şirkətlər vergi dərəcəsi aşağı olan ölkələri seçərək qanuni yollarla vergidən yayınmışdır.

Başqa misal: 1990-cı illərdə ABŞ-da Louis Wolfson qanundakı boşluqlardan istifadə edərək milyardlarla dollar qazanan məşhur iş adamı olmuşdur. O, sığorta və maliyyə qanunlarında olan texniki boşluqları araşdıraraq vergidən yayınıb böyük sərvət toplamışdır. Iş o yerə çatmışdır ki, ABŞ hökuməti onun fəaliyyətini dayandırmaq üçün qanunları sərtləşdirmək məcburiyyətində qalmışdır".

Hüquqşünas qeyd edib ki, bu cür neqativ hallar cavablandırılması zəruri olan bir sualı meydana çıxarır: Hüquq və ədalət iki ayrı yoldurmu?

"Bir çox vəkil deyir ki, onların vəzifəsi müdafiə etdikləri şəxslərin hüquqlarını qanun çərçivəsində maksimal şəkildə qorumaqdır. Lakin qanunla əxlaq həmişə eyni xətt üzrə getmir. Hüquq boşluqları vasitəsilə cinayətdən yayına bilən biri həqiqətən ədalətlidirmi? Hüquqşünasın borcu sadəcə qanunu bilmək və ondan istifadə etməkdir, yoxsa cəmiyyətə faydalı olmaq da onun məsuliyyətinə daxildir? Peşə etikası deyir ki, hüquqşünasın rolu təkcə şəxslərin maraqlarını qorumaq deyil, həm də ədalətin bərqərar olmasına xidmət etməkdir.

Peşəkarlıq və əxlaqın kəsişdiyi bu nöqtədə deyə bilərik ki, bəli, qanunların boşluqlarını tapıb istifadə etmək hüquqşünasın peşəkar bacarığıdır. Amma hesab edirik ki, bu bacarığın necə və kimə qarşı istifadə edilməsi onun əxlaqi mövqeyini müəyyənləşdirir. Əgər bir hüquqşünas boşluqlardan istifadə edərək cəmiyyətdə ədalətin pozulmasına səbəb 

olursa, bu, hüquqi bacarıqdan daha çox vicdan məsələsinə çevrilir.

Hər bir hüquqşünas öz vicdanı qarşısında bu sualı verməlidir: "Mən qanun çərçivəsində hərəkət edirəm, bəs, ədalət çərçivəsində necə?",- o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Fevral 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri