Icma.az
close
up
RU
“Qanunda əsas prinsiplər təsbit edilib”

“Qanunda əsas prinsiplər təsbit edilib”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Ümumi təhsil haqında” Qanunda əsas prinsiplər təsbit edilib. Burada müəllimlərin tələbatının müəyyən edilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarının müəyyən edilməsi, onların kadr təminatı siyasətinin həyata keçirilməsi - hər biri ayrı-ayrılıqda müddəalarla təsbit edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosisal qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“2011-2012-ci tədris ilindən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bu qaydanın tətbiq edilməsi nəticəsində 2015-2024-cü illərdə 45 000 nəfərə yaxın namizəd müddətsiz əmək müqaviləsi əsasında işlə təmin olunub. Hər il müəllimlərin işə qəbulu müsabiqəsinin təşkili və keçirilməsi üçün dövlət büdcəsindən kifayət qədər maliyyə vəsaiti sərf olunur.

Belə ki, müsabiqənin keçirilməsi üçün təchizat xərcləri 2021-ci ildə 1 milyon 106 min 33 manat, 2022-ci ildə 1 milyon 314 min 197 manat, 2023-cü ildə 1 milyon 290 min 567 manat, 2024-cü ildə isə 232 min 665 manat təşkil edib.

2021-ci ildə ərizəsi təsdiq edilmiş və müsabiqədə iştirakı nəzərdə tutulmuş 59 min 171 nəfərdən 46 min 930 nəfər, 2022-ci ildə 54 min 804 nəfərdən 44 min 363 nəfər, 2023-cü ildə 58 000 nəfərdən 47 min 571 nəfər, 2024-cü ildə isə 61 min 669 nəfərdən 50 min 264 nəfər test imtahanı mərhələsində iştirak edib. Yalnız ötən il 18,5 faiz namizəd imtahana gəlməyib. Bu isə imtahan xərclərinin ödənilməsi üçün izafi xərclərə səbəb olub. Bu xüsusda da, müəllimlərin işə qəbulunda iştirakçıların məsuliyyətinin artırılması, dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsi və maliyyə yükünün müəyyən bir hissəsinin iştirakçılar tərəfindən qarşılanması məqsədilə müsabiqədə iştirakın ödənişli olması təklif edilir.

Ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərə münasibətdə nəzərdə tutulmur, - şöbə müdiri bildirib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri