Icma.az
close
up
RU
Qanuni oğru olduğu üçün həbs olundu, şikayəti də RƏDD EDİLDİ

Qanuni oğru olduğu üçün həbs olundu, şikayəti də RƏDD EDİLDİ

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Martın 24-də Rusiyada Ümumi yurisdiksiya üzrə İkinci Apellyasiya Məhkəməsi Stepan Furmanın işi üzrə apellyasiya şikayətinə baxıb.

O, Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında yüksək mövqe tutma) ilə ittiham olunub.

Murmansk vilayət məhkəməsi dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq Furmana 9 il müddətinə ciddi rejimli müəssisədə həbs cəzası və azadlığa çıxdıqdan sonra 1 il azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Hökmlə razılaşmayan Furman onu apellyasiya qaydasında şikayət etməyə çalışıb. İkinci Apellyasiya Məhkəməsində keçirilən iclasda onun 5 vəkili iştirak edib.

İclasın materiallarına əsasən, məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

İttihama görə, hazırda 62 yaşı olan Furman cinayət iyerarxiyasında yüksək mövqeyi hələ 1990-cı illərdə tutub.

Murmansk vilayət prokurorluğundan bildirilib: “Dövlət ittihamçısı sübut edib ki, 1994-cü ildə kriminal ənənələrə uyğun keçirilən prosedurdan sonra həmin şəxs “qanuni oğru” elan edilib. Furman kriminal strukturun aşağı pillələrinə şəxslər təyin edir, kriminal aləmin ehtiyacları üçün pul yığılmasını nəzarətdə saxlayır, mübahisəli məsələləri həll edir və intizam tədbirləri həyata keçirirmiş”.

Furmana qarşı cinayət işi hələ 2019-cu ildə açılsa da, o, dərhal xaricə qaçdığı üçün onu həmin vaxt saxlamaq mümkün olmayıb. Çernoqoriya vasitəsilə Portuqaliyaya keçən Furman 2022-ci ildə oradan Rusiyaya ekstradisiya edilib.

31 yanvar 2024-cü ildə Murmansk vilayət məhkəməsində andlılar məhkəməsi Stepan Furmanı bəraət qazandırıb. Bu qərarla razılaşmayan prokurorluq apellyasiya şikayəti verib. Həmin ilin mayında isə məlum olub ki, məhkəmə prosesi hələ yekunlaşmamış Furman Rusiya–Qazaxıstan sərhədini keçməyə cəhd edib, lakin Samara vilayətinin cinayət axtarışı əməkdaşları tərəfindən saxlanılıb./Lent.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Mart 2026 06:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see563

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see410

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see284

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see281

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see270

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see265

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see240

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see240

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see233

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see230

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see224

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see223

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see219

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see214

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see193

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see187

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see186

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri