Qanunsuz əldə edilən əmlak dövlətə qaytarılacaq
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz və güzəştlər könüllü qaytarılmadıqda və ya onların dəyəri ödənilmədikdə məhkəmə qərarı ilə dövlət nəfinə alınacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Maraqların toqquşması haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, vəzifəli şəxs tərəfindən maraqlar toqquşması nəticəsində əldə edilmiş əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri könüllü olaraq dövlət nəfinə ödəniləcək.
Vəzifəli şəxs əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun, habelə əldə edilmiş imtiyaz və ya güzəştin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, həmin əmlak, imtiyaz, güzəşt və ya onların dəyəri qurumun iddiası əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınacaq.
Qanun layihəsində maraqlar toqquşması nəticəsində qəbul olunmuş aktların ləğvi məsələsi də əksini tapıb.
Belə ki, təəssürat yaradan maraqlar toqquşması istisna olmaqla, maraqlar toqquşması nəticəsində qəbul olunmuş aktlar qanunla nəzərdə tutulmuş qaydada müvafiq qurum tərəfindən, yaxud qurumun və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilə biləcək.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 29 Oktyabr 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















