Icma.az
close
up
RU
Qanunsuz əyləncənin qurbanları: Günahkar kimdir?

Qanunsuz əyləncənin qurbanları: Günahkar kimdir?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum", Pirsaat qəsəbəsində yerləşən "Fədək" restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları monitorinq keçirib. Monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib.

Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Qeyd edək ki, Azərbaycanda quşların və heyvanların saxlanıldığı bir neçə restoran var. Bəs heyvanların bu şəkildə nümayişi nə dərəcədə doğrudur? Qanunvericilikdə bu hallar necə tənzimlənir?

AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, son dövrlər ictimai iaşə müəssisələri və ailəvi istirahət mərkəzlərində müxtəlif növ vəhşi heyvanların və quşların saxlanaraq nümayiş etdirilməsi hallarının geniş yayıldığı müşahidə olunur: "Bu hal heyvan və quşların insanlarla təması və zoonoz xəstəliklərin törədicilərinin insanlara ötürülməsi, habelə ölkədə bioloji təhlükəsizliyin pozulması risklərini meydana gətirir. Yaranan təhlükənin qarşısının alınması məqsədilə "Zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması üçün baytarlıq nəzarətinin gücləndirilməsi haqqında" qərara əsasən, bu il sentyabrın 25-də vəhşi heyvanların və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət mərkəzlərində saxlanması və nümayiş etdirilməsi qadağan edilib. Bununla əlaqədar, ictimai iaşə müəssisələrində, ailəvi istirahət məkanlarında vəhşi heyvan və quşların saxlanılması və nümayiş etdirilməsi hallarında yarana biləcək təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər keçirilir”.

"Qədir Xum” restoranından bildirildi ki, onlarda vəhşi quşlar və heyvanlar yoxdur: "Quşlar açıq şəkildə saxlanılır. Ən böyük quşumuz Tovuz quşu, hind toyuqlarıdır. Meymunlarımız da var. Keçən həftə Qida Təhlükəsizliyi Agentliyindən gəlib monitorinq keçirdilər. Məsələ araşdırılıb və həll edilib. Müvafiq quruma bütün məlumatları vermişik”.

"Fədək” restoranından verilən məlumata görə, onlarda heyvanlar bütün şərtlərə uyğun saxlanılır: "Restoranımızda əsasən qəfəs quşları saxlanılır. Heyvan çox yoxdur. Baytarlıq tərəfindən gəlib yoxlanılır. Üç ayda bir dezinfeksiya olunur. Özəl peyvəndlər vurulur. Sənədlərimiz də mövcuddur”.

GWARP Beynəlxalq Təşkilatının Prezidenti və direktorlar şurasının üzvü Fərid Mansurovun sözlərinə görə, bu kimi restoranların icazəsi olsa da, heyvanların saxlanması ilə bağlı qaydalara əməl olunmur: "Heyvanların bu şəkildə saxlanıldığı obyektlər çoxdur. Bəzi obyektlərdə saysız-hesabsız vəhşi heyvanlar saxlanılır. Həmin obyektlərin zooloji kolleksiya yaratması üçün lisenziyaları olur. Bu lisenziyalar uzun müddət öncə verilib. İndi yoxlamalar zamanı aşkar olunur ki, hər birinin lisenziyası var, amma heç birinin heyvanlar üçün yaratdığı şərait uyğun deyil. Heyvanlar sanki həbs düşərgəsindədirlər və illərdir əziyyət çəkirlər”.

F.Mansurovun fikrincə, restoranlarda heyvanların saxlanması və onların əyləncə obyekti kimi istifadəsi qərb dünyasında heyvan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilir və bununla son dərəcə ciddi mübarizə aparılır: "Azərbaycanda isə bu barədə müvafiq qanunvericilik olmadığı üçün heyvanlar hüquq subyekti hesab edilmirlər. Bu sahədə qanunlara ehtiyac var. Bütün sivil ölkələrdə olduğu kimi bizim də ölkəmizdə heyvanlar hüquq subyektinə çevrilməlidir”.

Müsahibimiz düşünür ki, heyvanlar milli parklar və qoruqlarda daha güvəndədir: "Hazırda bəzi Avropa ölkələrində zooparklardan tamamilə imtina ediblər. Bir sıra ölkələr də zooparklardan imtina etməyi düşünürlər. Biz də buna doğru getməliyik. Ölkəmizdə milli parklar və qoruqlar var. Onları inkişaf etdirməliyik. Vəhşi heyvanları görmək istəyənlər milli parklara üz tutmalıdırlar. Elə şərait yaradılmalıdır ki, xaricdə olduğu kimi heyvanlar öz ərazilərində rahatlıqla gəzib dolansınlar və insanlardan qorxmasınlar”.

Heyvan haqları aktivisti İlkin Məmmədkərimov isə hesab edir ki, bu kimi halların çıxış yolu cəzaların sərtləşdirilməsidir: "Restoranlarda vəhşi heyvan və quşların saxlanılması birmənalı şəkildə heyvan haqları pozuntusudur. Dövlət orqanlarının bu sahədəki monitorinqləri yetərli deyil. Monitorinqlər davamlı olaraq həyata keçirilməlidir. Qanunla yolverilməzdir. Lakin qanunvericiliyimizdə sərt cəza mexanizmləri olmadığından bu kimi hallar adiləşib. O səbəbdən ilk növbədə qanunvericiliyə dəyişiklik edilməli, cəzalar sərtləşdirilməlidir”.

Vəkil Turan Abdullazadə isə bildirdi ki, Azərbaycanda bu məsələ "Heyvanlar aləmi haqqında” qanunla tənzimlənir. Qanun heyvanlar aləminin qorunması, nəsli kəsilən vəhşi növlərin mühafizəsi və onların təbii mühitdən götürülməsi, istifadə qaydalarını müəyyən edir: "Heyvanlar aləmi haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyət tətbiq olunur. İnzibati Xətalar Məcəlləsində heyvan aləmi obyektlərindən icazəsiz istifadə, qanunvericiliyə zidd saxlanma üçün cərimələr nəzərdə tutulub. Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə edilməsinə görə fiziki şəxslər iki yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min beş yüz manatadək məbləğdə cərimə edilir. Heyvanlar aləmi obyektlərindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər beş min beş yüz manatdan yeddi min manatadək məbləğdə cərimə edilir”. ("Kaspi" qəzeti)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Oktyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see270

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see251

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see237

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see230

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see229

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see213

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see212

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see211

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see207

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see205

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see200

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see199

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see195

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see192

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see189

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see182

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see176

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see171

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see170

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri