Icma.az
close
up
RU
Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?

Qanunsuz tikintiləri “Şamaxılı Cavid” himayə edir?

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz  “Şamaxılı Cavid”in durduğu məlum olur

Hurriyyet.az xəbər verir ki, bu iddia paytaxtda aparılan qalmaqallı tikintilərlə bağlı Yenixeber.org-a daxil olmuş məlumatlarda yer alır…

Əcəmi metrostansiyası yaxınlığındakı “Şəki” kafesinin yerində tikilən obyektlə bağlı qalmaqal uzun müddətdir ki, ölkə mediasının gündəmini zəbt edib. Prezidentin “mənim ən yaxın köməkçilərim” adlandırdığı jurnalistlər bu məsələ ilə bağlı kifayət qədər geniş araşdırmalar aparır və obyektin ekologiya, tikinti, şəhər infrastrukturu  qaydalarını pozmaqla yanaşı, metro keçidi üzərində yerləşməsi ilə vətəndaşların həyatına təhlükə mənbəyi olduğunu üzə çıxarıb. Bəs bu boyda qanunsuzluğu törədib cəzasız qalan şəxs kimdir?

Bununla bağlı ərazi üzrə Nəsimi Rayon İcra Hakimiyyətindəki mənbələrimizdən məlumat almağa çalışdıq. İcra Hakimiyyətindəki mənbəmiz obyektlə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Riad Qasımovun xüsusi tapşırığı olduğunu bildirib. Onun sözlərinə görə, işə həm də Dövlət Şəhərsalma və Arxitextura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin məsul işçisi “Şamaxılı Cavid” özü şəxsən nəzarət edir: “Bizə obyektin İsrail adlı iş adamına məxsus olduğunu deyilib. Onun üzünü belə görməsək də həm rayon rəhbərliyinə, həm də adıçəkilən qurumlara lazımınca “hörmət” edildiyi şübhəsizdir”.

Çəkilən adla bağlı da özəl mənbələrimizdən xüsusi araşdırma apardıq. Əldə etdiyimiz məlumatlar şok yaradır. Belə ki, Sumqayıtdan tutmuş Badamdara qədər, Suraxanıdan Binəqədiyədək bir çox qalmaqallı tikintilərin arxasında məhz bu şəxsin durduğu məlum olur. Bu şəxsin bütün dövlət qurumlarına rahat yol tapdığı və arxasında yüksək çinli dövlət adamının durduğu deyilir. Bu qaranlıq şəxsin əslində kim olduğu və nə ilə məşğul olması ilə bağlı araşdırmamızı davam etdirəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 İyun 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri