“Kavkaz” qəzetinin şamaxılı müxbiri nədən yazırdı?
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
“Xalq qəzeti”nin 5 noyabr tarixli sayında Rusiya imperiyasının Qafqazı işğal etməsindən sonrakı dövrdə Tiflisdə rus dilində nəşr edilən rəsmi “Kavkaz” qəzetində Şamaxı ziyalılarının şəhər həyatının müxtəlif mövzularında yazılarla çıxış etməsindən söz açmış, “Kərim bəy” və “Mirzə Cahangir” adlı 2 müəllifin yazısını təqdim etmişdik.
Bu dəfə isə həmin qəzetə “İ.M.Hüseynov” imzası ilə yazılar göndərmiş daha bir Şamaxı ziyalısının “Şamaxıda məclis məktəbi” adlı yazısını ana dilimizdə çapa hazırlamışıq. Materialın məzmunundan məlum olur ki, “İ.M.Qüseynov” imzalı yazar XIX əsrin sonlarında Şamaxı şəhərində yaşamış, bölgənin ictimai həyatı, maariflənməsi və mədəni-mənəvi məsələləri ilə yaxından maraqlanmış yerli ziyalılardan biri olmuşdur.
“Kavkaz” qəzetinin Şamaxı bölgəsi üzrə xüsusi müxbirlərindən biri kimi çıxış etmiş soydaşımız bu nəşrdə Şamaxı məktəblərinin vəziyyəti, müsəlman (tatar) əhalinin təhsilə münasibəti, dini məclislərin fəaliyyəti və şəhərin sosial problemləri haqqında tənqidi-analitik məqalələr dərc etdirmişdir.
Göründüyü kimi, İ.M.Hüseynov Şamaxıdakı uşaqların və gənclərin sivil təhsil almasının, xüsusən də məclis məktəblərinin və dünyəvi təhsil ocaqlarının qorunub saxlanmasının tərəfdarı olmuşdur. O, yerli varlı sakinləri və cəmiyyəti kasıb uşaqların təhsilinə maddi yardım göstərməyə, cəhalətdən və laqeydlikdən uzaq durmağa çağırmışdır.
Nəriman ƏLİYEV,
tədqiqatçı-publisist
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Noyabr 2026 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















