Icma.az
close
up
RU
“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir

“Şamaxılı Cavid” “Əcəmi” metrosundakı keçidi Sirat körpüsünə çevirir

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Bakı metrosunu keçmiş “Şəki” kafesinin əlavəsinə kimlər necə döndərməkdədir?

Bir müddət bundan öncə Nəsimi rayonu Cavadxan küçəsində - “Əcəmi” metrosunun üstündəki “Şəki” kafesinin sökülərək onun yerində nəhəng obyektin inşasına başlanılması ilə bağlı mətbuatda yazılar dərc olundu. Kafe ərazisindəki ağacların kəsilməsi ilə bağlı yaranan ajiotaj qısa müddət sonra unudulsa da, hazırda bu obyektdə aparılan tikinti işi daha böyük və daha ciddi problemlərə səbəb olmaqdadır.

Vaxtiylə yüngül konstruksiyadan inşa edilən “Şəki” kafesinin yerində hazırda ağır dəmir-beton konstruksiyalı çoxmərtəbəli obyekt tikilir ki, bu da metronun “Əcəmi” keçidinin üzərində yerləşir. Yəni tikilməkdə olan bu obyekt metro keçidi üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Ancaq təəssüflər olsun ki, hər kəsin gözü qabağında həyata keçirilən bu tikilinin qarşısını alan yoxdur. Bu qanunsuz tikiliyə rəvac verən, məlum tikilini himayə edən əsas şəxs isə Arxitektura və Şəhərsalma Komitəsinin nəznində fəaliyyət göstərən Ərazi Tikinti Planlaşdırma Mərkəzinin əməkdaşı – “dollar Cavid” və ya “Şamaxılı Cavid” kimi tanınan harınlamış məmurdur. Cavan yaşında milyonlarla manat məbləğində var-dövlətə, villa və maşın kolleksiyasına malik olan bu şəxs, qanunları kobud şəkildə pozaraq Cavadxan küçəsindəki bu tikilini açıq-aşkar himayə edir. Şəxsi əlaqələrindən və tutduğu vəzifədən istifadə edən “dollar Cavid” metro keçidi üzərindəki tikintinin maksimum sürətlə başa çatdırılmasına çalışır, tikili ilə bağlı araşdırma aparmağa cəhd edən əlaqədar dövlət qurumlarına əngəllər yaradır.

Xatırladaq ki, “Şamaxalı Cavid” paytaxtın müxtəlif nöqtələrində dəyəri milyonlarla manat olan obyektlərin qanunsuz tikintisinə himayədarlıq etməkdə, qanunlara meydan oxumaqdadır. O, öz qanunsuz əməllərini bir çox hallarda Ramin Abdullayevin göstərişi kimi qələmə verir, bəzi hallarda isə Arxitektura və Şəhərsalma Komitəsinin sər müavini Namiq Hümmətovun adından sui-istifadə edir.

“Əcəmi” metrosunun üzərində inşa edilən obyekti isə “Şamaxılı Cavid” xüsusi ciddi-cəhdlə himayə etməkdədir. Görünən odur ki, bu obyektin inşasından ona daha böyük pay düşür. Belə olmasaydı, “dollar Cavid” özünü bu məsələdə bütün hücumlar önündə qalxana çevirməzdi.

Maraqlıdır ki, metro keçidi üzərində həyata keçirilən qanunsuz tikili Arxitektura və Şəhərsalma Komitəsi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyini də narahat etmir. Belə olmasaydı, o zaman sözügedən qurum insnaların həyatı üçün təhlükə yaradan obyektin tikintisinə imkan verməzdi.

Məlumat üçün qeyd edək ki, hazırda keçmiş “Şəki” kafesinin ərazisində betonlama işləri tam sürətlə davam edir. Ümid edirik ki, əlaqədar qurumlar, eləcə də güc orqanları bu qanunsuz tikili və ona rəvac verən bütün şəxslər, eləcə də “Şamaxılı Cavid” haqqında lazımi ölçü götürəcək, metro keçidi üzərindəki “Sirat körpüsü”nün inşası dayandırılacaq.

- Şamaxılı Cavid” Ramin Abdullayevə qarşı kampaniyada necə yer alıb?

- “Şəki” kafesi ərazisindəki tikinti hansı qiymətə “qanuniləşdirilib”?

- Badamdar və Abşerondakı tikintilərdən “Şamaxılı Cavid” nə qədər qazanıb?

Bütün bunlar haqda növbəti yazımızda...

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 29 Aprel 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri