Icma.az
close
up
RU
Qanunsuz tiklilərin sənədləşdirilməsi... Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki...

Qanunsuz tiklilərin sənədləşdirilməsi... Kəmaləddin Heydərovun Dövlət Xidmətindəki vəziyyətdən xəbəri yoxdur ki...

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkədə qanunsuz tiklilərin sənədləşdirilməsi prosesi başlayıb.

Mia.az-a verilən məlumata görə, bu məqsədlə tikili sahibləri müxtəlif dövlət orqanlarından rəylər almalıdırlar.

Məlumata görə,  vətəndaşlara bu prosesdə ən böyük brükratik problem yaradan qurumların başında isə Fövqələdə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin durduğu iddia olunur:

"Mövzuya keçmədən qeyd edək ki, FHN-nin tabeliyində olan Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin əmlakının yanğından icbari sığortasının həyata keçirilməsinə dövlət yanğın nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

Göründüyü kimi, az qala Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı və rayon İcra Hakimiyyətinin səlahiyyətlərini də "qucaqlamış" bu xidmət rəhbərliyi bu gün digər qurumların rəy və verdiyi sənədlərə məhəl qoymadan öz "şərtləri"ni diqtə edir. Təsəvvvür edin ki, sənədsiz tiklilərə rəy verilməsi bunsuz mümkün deyil. Daha dəqiqi, bu xidmətin rəisi Vaqif İbrahimovun mütləq səlahiyyət verdiyi şöbə müdiri var, Azad.  O Azad ki,  hər şeyi "bişirib-düşürüb", hazır kökə şəkilində Vaqif İbrahimova təqdim edir. Vaqif İbrahimov isə yalnz imza atmaqla, işini bitmiş sayır. Ancaq necə?! O sənəd hansı "doğanaq"dan və necə keçir, bax, müvafiq dövlət qurumları bunu araşdırmalı, bu prosesi nəzarətdə saxlamalıdır".

Məlumatda o da deyilir ki, tikli sahibi ilə bütün söhbətləri aparan Azad da təsadüfi adam deyil: "O, Qəbələdən - nazir Kəmaləddin Heydərovun "ikinci vətəni"ndən ta Bakıya, özü də belə bir mötəbər qurumun "kilid postu"na gətirilib. Bu, maraqlı və maraqlı olduğu qədər təəccüblü sual yaratmırmı?! K.Heydərovun bu Azada bu qədər etimadı təsadüfdürmü?! Hər halda Kəmaləddin Heydərovun bu xidmətdən rəy alınması prosesini ciddi nəzarət götürməsində fayda var...".

Mövzuya qaydacağıq!

Samir MUSAYEV
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://mia.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see306

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see230

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see212

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see208

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see197

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see187

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see156

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see144

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see143

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see142

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri