Icma.az
close
up
RU
“Qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir” Elçin Mirzəbəyli

“Qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir” Elçin Mirzəbəyli

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“İcra haqqında” qanunun 231.4-cü maddəsinə təkif edilən dəyişiklikdə qeyd olunur ki, “Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır”.
Bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli səsləndirib.
Elçin Mirzəbəyli “qənaətimə görə, burada borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir”,-deyə əlavə edib: “Belə ki, Mülki Prossesual Məcəllənin 231.3-1-ci maddəsində qeyd olunur ki, “Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır”.
Hesab edək ki, borclu şəxsin məhkəmə qərarından 1 gün sonra ailə üzvlərindən biri ölkədən xaricdə vəfat edib və o doğmasının dəfnində iştirak etmək, yaxud cənazəsini ölkəyə gərimək üçün ölkə xaricinə getməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqi prosedurlar və necə həyata keçirilməlidir?
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir”.
Millət vəkili diqqətə çatdırıb ki, Cinayət Məcəlləsinin 78-ci maddəsinə görə, şəxs ağır xəstəliyə düçar olduqda o, cəzadan azad oluna bilər: “Yəni burada cinayətdə ittiham olunan, yaxud cinayət törətdiyi sübuta yetirilmiş şəxsin cəzadan azad olunmasından gedir. Düşünürəm ki, əgər cinayət törətmiş şəxsə münasibətdə humanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququn fəlsəfəsinə ziddir. Qənaətimə görə, bu məsələnin həllinə İcra haqqında qanunun 84-1-ci maddəsinə müvafiq əlavə etməklə nail olmaq mümkündür. İcra haqqında qanunun 84-1.1-ci maddəsində qeyd olunur ki, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Həmin maddədə eyni zamanda bildirilir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir.
Eyni qayda icra orqanı tərəfindən borclunun müraciəti əsasında özü və yaxud xaricdəki ailə üzvü ağır xəstəliyə düçar olan və yaxud xaricdəki ailə üzvü vəfat edən borcluya münasibətdə də, təbii ki, sübutlar təqdim edilməklə məhkəmə qaydasında və təxirə salınmadan tətbiq edilə bilər. Bunun üçün daha öncə qeyd etdiyim kimi, İcra haqqında qanunun 84-1-ci maddəsinə istsina halları nəzərdə tutan müvafiq əlavənin edilməsi yetərlidir.
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericilik istisna halları nəzərə almalı və insanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədilə xüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərk etməsinə icazə verilməlidir.
Bu yanaşma cənab Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının mahiyyətinə də tamamilə uyğun gəlir.
Təqdim etdiyim yanaşmanın qarşılığında 22 aprel 2013-cü il tarixdə Ədliyyə Nazirliyi Kollegiya qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”a istinad oluna bilər. Öncədən qeyd edim ki, bu təlimatda da daha öncə sadaladığım hallar nəzərdə tutulmayıb. Hətta nəzərdə tutulsa da belə, “İcra haqqında” qanunun 231.4-cü maddəsinə təkif edilən dəyişikliyi olduğu kimi qəbul edəcəyimiz təqdirdə sözügedən təlimatın hüquqi qüvvəsi qalmayacaq.
Nəzərə alınmasını xahiş edirəm”.

Xalqcəbhəsi.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see152

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see145

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see138

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri