Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

“Səhiyyə sahəsində reklamın qəti qadağan edilməsi vacibdir” Elçin Mirzəbəyli

“Səhiyyə sahəsində reklamın qəti qadağan edilməsi vacibdir” Elçin Mirzəbəyli

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Dərman vasitələri haqqında” və “Reklam haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdir edir və dəstəklədiyimi bildirirəm. Dəyişikliklərin reklam daşıyıcısı olan rəqəmsal platformalarda baş verən və bəzən, hətta cinayət məsuliyyəti yaradan özbaşınalığa və xaosa son qoyulması istiqamətində növbəti addım olduğunu düşünürəm. Dəyişikliklərdə istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ, reklamla bağlı əsas anlayışlar, reklama dair ümumi tələblərin daha dəqiq, yeni çağırışlar da nəzərə alınmaqla ifadə olunması da təqdirəlayiq yanaşmadır”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, millət vəkili Elçin Mirzəbəyli deyib.
Elçin Mirzəbəyli “bununla yanaşı, qanunvericilik təşəbbüsünün konseptual məzmununu nəzərə alaraq, bir neçə məqama diqqət çəkmək istəyirəm”,- deyə bildirib: “Müzakirəyə çıxarılan dəyişikliklərdə “Gizli reklam” anlayışının genişləndirilməsini və buraya “reklam hüququ əsasında”, “sponsorluq” və tərəfdaşlıq” qeydlərinin əlavə olunduğunu da müşahidə edirik. Lakin gizli reklamlar özünü yalnız reklam daşıyıcısı olan rəqəmsal platformalarda, o cümlədən sosial şəbəkələrdə, radio və televiziya kanallarında, media resurslarında büruzə vermir. Ən böyük və effektiv, həm də təhrikedici xarakter daşıyan gizli reklamlar dərman şirkətləri ilə işbirliyində olan həkimlərin pasiyentlərə yazdıqları reseptlərdədir. Bu problemdən hər kəsin məlumatı olduğu üçün detallarına diqqət çəkib vaxtınızı almayacağam. Lakin bu qəbildən olan problemlərin qarşısının alınması üçün nəzarət imkanları yaradan və şəffaflığı təmin edə biləcək mexanizmlərin yaradılmasını zəruru sayıram. Belə mexanizmlərdən biri də reseptlərin, istisnasız olaraq, Səhiyyə nazirliyi və TƏBİB tərəfindən yaradılan onlayn platforma üzərindən verilməsi və həmin platformanın qanunların icrasına nəzarət edən qurumlar üçün də açıq olmasıdır. Yalnız bu halda şəffaflıq təmin edilə və bəzən cinayət xarakteri daşıyan işbirliyinə son qoyula, beləliklə də istehlakçıların hüquqları tam mənada qoruna bilər.
Bir neçə iclas öncə hörmətli Musa Quliyev tamamilə haqlı olaraq, bu gün müzakirə etdiyimiz qanun layihəsinin də bəzi məqamlarını əhatə edən problemlərə, telekanallar vasitəsilə ayrı-ayrı həkimlərin, tibb müəssisələrinin müxtəlif məzmunlu verilişlərdə insanların emosiyalarına toxunulmaqla, onları təlaşlandırmaqla reklam edilməsinə diqqət çəkdi. Qeyd edim ki, bu problem bir neçə telekanal və radio istisna olunmaqla bütün audiovizual yayımçılarda nəzərə çarpır və hətta əsas gəlir mənbələrindən birinə çevrilib. Səhər saatlarından etibarən radiolardan və telekanallardan xəstəliklərin adı və onların simtomları təlaşlandırıcı bir formada, həyacanlı səslə və müsiqinin müşaiyəti ilə davamlı olaraq təkrarlanır. İnsanlara psixoloji təzyiq göstərilir və onlara xəstə olduqları aşılanır. Hətta tamamilə sağlam insan belə belə total psixoloji təzyiqin altında özünün xəstə olduğunu düşünə bilər.
Qeyd edim ki, Rusiyada 2014-cü ildən “dərman vasitələrinin, tibbi xidmətlərin, o cümlədən profilaktika və diaqnostikanın, müalicə və tibbi reabilitasiya üsullarının, habelə istifadəsi xüsusi hazırlıq tələb edən tibbi məhsulların reklamı” qadağan edilib”.
Elçin Mirzəbəyli əlavə edib ki, qardaş Türkiyənin Həkimlik Peşəsi Etik Qaydalarının 11-ci maddəsində deyilir: “Həkim məsləyini yerinə yetirərkən reklam edə, ticari reklamlara vasitə ola, çalışmalarına ticari bir görüntü uyğulaya, insanları təlaşlandıran, yanlış yönləndirən, haqsız rəqabətə yol açan davranışlara yol verə bilməz”. Bu baxış bucağı Türkiyənin tibb, reklam və istehlakçıların hüquqları ilə bağlı bütün qanunvericilik aktlarında yer alıb və problem kökündən, birdəfəlik həll olunub. Bu səbəbdən də eyni problemlərin aradan qaldırılması üçün məsələnin hissə-hissə yox, birdəfəlik həll edilməsinin zəruriliyini və qardaş Türkiyənin tibb sahəsindəki hüquqi-normativ aktlarının izahında bildirildiyi kimi “Bütün müvafiq hüquqi və etik qaydalara uyğun olaraq, səhiyyə sahəsində reklamın aparılmasının qəti qadağan edilməsi”nin vacib olduğunu düşünürəm”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Mart 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see269

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see231

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see229

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see205

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see191

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see175

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see156

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see145

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see145

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see134

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see131

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see130

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri