Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

Qapalı iclas: Müharibədə ölən koreyalıların sayı açıqlandı

Qapalı iclas: Müharibədə ölən koreyalıların sayı açıqlandı

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreya Rusiya-Ukrayna müharibəsində həlak olan əsgərlərinin sayını açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, Cənubi Koreyalı millət vəkilləri ölkənin Kəşfiyyat Xidmətindən aldıqları məlumata əsaslanaraq, Rusiya tərəfində vuruşan təxminən 600 əsgərin Ukraynada həlak olduğunu iddia ediblər. 

Milli Kəşfiyyat Xidmətinin qapalı qapılar arxasında keçirilən iclasından sonra jurnalistlərə açıqlama verən millət vəkilləri Li Sonk-keun və Kim Byonq-ki müharibədə ölən və yaralanan Şimali Koreya əsgərlərinin ümumi sayının təxminən 4 700 nəfər olduğunu bildiriblər. 

Bu açıqlamalar Şimali Koreyanın iki gün əvvəl ilk dəfə olaraq Rusiyaya əsgər göndərdiyini rəsmən təsdiqləməsindən sonra gəlib. Bu bəyanatdan dərhal sonra Rusiyadan da dəstək mesajı gəlib. Kreml sözçüsü Dmitri Peskov “Lazım gəldiyi təqdirdə Rusiya da Şimali Koreyaya hərbi dəstək göstərə bilər”, -deyib. 

Koreya Mərkəzi Xəbər Agentliyinin bazar ertəsi yaydığı məlumata görə, əsgərlərin göndərilməsi barədə əmri Şimali Koreya lideri Kim Çen In şəxsən verib. Məlumatda qeyd olunur ki, bu qərar ukraynalı neonasist işğalçıların məhv edilməsi və Rusiya Silahlı Qüvvələri ilə birlikdə Kursk bölgəsinin azad edilməsi məqsədilə qəbul edilib: 

“Rusiyanın torpaqlarını öz vətənləri hesab edən əsgərlərimiz, Şimali Koreya ilə Rusiya arasındakı ittifaqın gücünü sübut etmiş, fədakarlıq dolu mübarizələri ilə əfsanəvi hərbi qəhrəmanlıq hekayələri yazmışlar”.

Millət vəkilləri Li və Kim, təxminən 15 min Şimali Koreya əsgərinin Rusiya-Ukrayna müharibəsinə göndərildiyini də əlavə ediblər. Kiyev Müdafiə Strategiyaları Mərkəzinin rəhbəri və Ukraynanın sabiq müdafiə naziri Andriy Zaqorodnyuk isə bildirib ki, Moskva Şimali Koreya birliklərini Ukraynadakı cəbhə xəttinə yerləşdirə bilər. Onun sözlərinə görə, Pxenyan hücum birlikləri olaraq Rusiyaya daha çox əsgər göndərməyə davam edə bilər. 

Ukraynalı deputat Ruslan Qorbenko da Zaqorodnyukun fikirlərini dəstəkləyərək, “2025-ci ildə Şimali Koreya birliklərini Ukrayna ərazisindəki hücumlarda ayrıca bölmələr kimi görəcəyik”, -deyib və bunun şəxsi fikri olduğunu da vurğulayıb. 

Millət vəkilləri Pxenyanın bu yardımlar müqabilində casus peykləri, pilotsuz uçuş aparatları, radioelektron müharibə avadanlıqları və SA-22 zenit-raket sistemləri kimi texnoloji dəstək əldə etmiş kimi göründüyünü də qeyd ediblər. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see205

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see194

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see152

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see149

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see146

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Tarixdə ilk dəfə olaraq Aİ dən Rusiyaya mal idxalı ixracı üstələyib

25 Dekabr 2025 01:18see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri