Icma.az
close
up
RU
Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! Xəbərdarlıq KONKRET

Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! Xəbərdarlıq KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Sosial şəbəkələrdə ev sahiblərinin qarşılaşdığı vergi öhdəliyi ilə bağlı şikayət və suallar müzakirələrə səbəb olub. Vətəndaşlardan biri bildirib ki, 4-5 ay əvvəl aldığı evin qapısına vergi ilə bağlı bildiriş asılıb, lakin sənəddə vergi ödəyicisi kimi onun deyil, əvvəlki ev sahibinin adı göstərilib. Paylaşımın şərhlərində bir çox vətəndaş da oxşar halla qarşılaşdığını bildirib.

Bəs bu vergi nədir və kimlər üçün məcburidir? Evini yeni alan şəxsin əvvəlki sahibin vergi borcunu ödəməsi tələb oluna bilərmi? Əvvəlki dövrdən yaranan borc yeni ev sahibinin üzərinə keçirmi? Bu ödəniş edilmədikdə hansı hüquqi nəticələr yarana bilər?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Xəyal Bəşirov deyib ki, bu, yerli, yəni bələdiyyə vergiləridir:

“Əsas söhbət konkret olaraq əmlak vergisinin toplanmasından gedir. Son zamanlar bu verginin toplanması ilə bağlı bələdiyyələrin daha aktiv fəaliyyət göstərdiyini görürük. Əmlak vergisi mülkiyyətçi üçün aktual öhdəlikdir. Lakin bəzi hallarda evin mülkiyyətçisi dəyişdikdən sonra əvvəlki mülkiyyətçiyə aid olan dövr üzrə vergi yeni mülkiyyətçidən tələb olunur. Bu, düzgün deyil və qanunvericiliyin tələblərinə ziddir. Vergi öhdəliyi şəxsin əmlak üzərində mülkiyyət hüququ yarandığı andan başlayır. Buna görə də yeni mülkiyyətçidən əvvəlki dövrə aid verginin tələb edilməsi əsaslı sayıla bilməz. Bundan başqa, bəzi hallarda əmlak vergisinin düzgün hesablanmadığı ilə də qarşılaşırıq. Özüm də belə halların şahidi olmuşam. Sistemə müəyyən məbləğ daxil edilir və sonradan həmin məbləğin sistemdən silinməsinin mümkün olmadığı əsas gətirilərək vətəndaşdan ödəniş tələb olunur”.

Hüquqşünas bildirib ki, əmlak vergisi vətəndaşların mülkiyyətçi kimi qeydiyyata alındıqları gündən hesablanmalıdır:

“Eyni zamanda, qanunvericilikdə vergi güzəştləri və vergidən azadolmalar da nəzərdə tutulub. Şəhərin müxtəlif əraziləri müəyyən kateqoriyalara bölünür və əmlak vergisinin məbləği həmin kateqoriyalara uyğun olaraq fərqli hesablanır. Digər tərəfdən, bələdiyyələrin fəaliyyəti yalnız vergi toplamaqla məhdudlaşmamalıdır. Əvvəllər “bələdiyyə” anlayışı daha çox torpaq satışı ilə əlaqələndirilirdi. Bu gün isə vətəndaşların gündəlik həyatında bələdiyyələrin əsasən əmlak vergisi toplayan qurum kimi görünməsi müəyyən suallar yaradır. Bələdiyyələrin yerli əhaliyə göstərdiyi xidmətlər və onların gündəlik həyatda rolu da daha aydın görünməlidir. Ona görə hesab edirəm ki, vətəndaşlar mülkiyyətçi olmadıqları dövrə aid vergini ödəməməlidirlər. Belə hallarla qarşılaşdıqda bələdiyyələrə öz tələblərini bildirməli və yalnız mülkiyyətçi olduqları dövrə aid vergini ödəməlidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Sentyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri