Ledi Qaqa İlin sənətçisi oldu!
Olay.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ledi Qaqa İlin sənətçisi oldu!
Pop musiqisinin kraliçası Ledi Qaqa “2025 MTV Video Music Awards”da “Artist of the Year” (İlin sənətçisi) mükafatını qazanıb.
OLAY yazır ki, bu gecə Nyu-Yorkda “Madison Square Garden”da konserti olan Qaqa səhnədə bu prestijli mükafatı qəbul etmək üçün “UBS Arena”ya tələsib.
Gecənin ən çox nominasiyada yer alan adlarından biri olan Ledi Qaqa “Video of the Year” (İlin Klipi) və “Best Album” (Ən Yaxşı Albom) da daxil olmaqla bir neçə digər mükafata da namizəd olub.
Qırmızı xalçadakı parlaq görünüşü və fanatlarla sevgi dolu anları ilə yadda qalan Gaqa səhnədə təşəkkür nitqində “Bu mükafat sizin sayənizdədir” deyərək izləyicilərinə və komandasına minnətdarlığını bildirib.




