Icma.az
close
up
RU
Sən Allah, düz deyirsən?..

Sən Allah, düz deyirsən?..

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illər ölkəmizdə fəaliyyət göstərən bəzi istixanalarda keyfiyyətli pomidor sortları yetişdirilir. Bu sortların toxumlarını haradan alırlar, haradan gətirirlər, nə cür əldə edirlər, deyə bilmərəm. Ancaq maşallah deyək ki, göz dəyməsin. Vallah, sözün həqiqi mənasında qürur duyur insan. Mən deyim nəyə görə, siz də dinləyin. Əvvəllər gedirdin bazara pomidor alırdın. Bilmirdin ki, onu evə necə çatdırasan. Bütün aldıqlarını bir ayrı zənbilə yığmalıydın, pomidoru bir ayrı zənbildə ayrıca götürməli idin ki, evə sağ-salamat çatdıra biləsən. Yanından yel ötməmiş əzilirdi. Yaxşı, bir təhər evə çatdırdın. Bircə günün içərisində də yeyilib qurtarırdı 2-3 kiloqram pomidor. Bax bilmirəm bu, niyə belə olurdu.

Ancaq indi pomidor ta adama əvvəlkilər kimi əziyyət vermir. Bazara get, marketə get, nə istəyirsən al, yığ bir zənbilə, istəyirsən pomidoru da lap altdan yığ. Evə qayıdanda marşrut avtobuslardakı o dəhşətli sıxlığa düş, bəzi küçələrdə qazılıb aylarla təmir etdilməyən çalalara ayağın keçsin, yıxıl, yenə də evdə zənbilini boşaldanda görəcəksən ki, pomidorların heç burnu da qanamayıb. Yenə də maşallah.

Vallah, inkişaf, yenilik, tərəqqi çox gözəldir. Kimin ağlına gələrdi ki, uzun illər aldığımıza bizi peşman edən pomidor illər sonra bizi belə şad-xürrəm edəcək. Hələ əzilməsini qoyaq bir kənara. Əvvəlki pomidorlar soyuducuda bir neçə gün qalandan sonra suyu axırdı, soyuducunu korlayırdı. Gəl indi buyur, təmizlə. Ancaq indiki pomidorlar, maşallah, həftələrlə qalır soyuducuda, əhvalı belə pozulmur. Həm də neçə gözəl doğranır, alma kimi. Hətta almanı doğrayanda eşitdiyin o şaqqıltı səsini də dinlədikcə, maşallah belə inkişafa deyirsən. Həm də bərəkəti də var. Bir pomidor doğrayırsan, külfət yeyir, hələ boşqabda da qalır.

Düşünürsən ki, İlahi, görəsən hansı texnologiya ilə yetişdirilir bu pomidorlar? Əvvəllər də insanlar eyni insanlar idi də. Görəsən nə dəyişib ki? Bizim niyə ağlımıza gəlmirdi belə pomidor istehsal etmək?

Hələ o gün qonşuda idim. Uşağın nə bilim, beyninə haradan vermişdi, alma deyib ağlayırdı. Evdə də alma yox idi. Biz nə etdik uşağın anasıyla. Soyuducudan bir pomidor götürüb yuduq, alma kimi dilimləyib qoyduq uşağın qarşısına. Uşaq elə ləzzətlə yedi, bir kəlmə demədi ki, məni niyə aldadırsınız. Elə o an bu cür pomidor istehsalçılarını bir daha alqışladım. Bir alma istəyən uşağın ki səsini pomidorla kəsə bildik, bu, böyük tərəqqidir. Yəni alma bərklikdə, alma turşməzəlikdə, alma qədər qabığı qalın pomidor yetişdirmək, bu, kənd təsərrüfatında inqilabdır. Təbrik edirəm.

Düşündüm ki, bu həftəlik yazı planıma hökmən bu pomidorlarla bağlı yazı yazmağı salmalıyam. Çünki insanların hamısı bazar, marketlərdən həmin pomidorlardan alır, birdən məndən qabağa düşüb ya yazan, ya da redaksiyaya təşəkkür məktubu çatdıran olar. Niyə məndən qabağa düşən olmalıdır ki? Mən bu yeniliklərdən niyə ilk yazan olmayım ki? Axı özüm də o pomidorların həm keyfiyyətini, həm qiymətini, həm alma kimi doğranmasını hamı kimi görmüşəm. Ona görə də yazdım. Yazdım ki, düzdür, bilməyən yoxdur, olsa əgər, belə pomidordan onlar da alıb istifadə etsinlər. Etsinlər ki, bəlkə minlərin içindən biri qalxıb deyə ki, sən Allah, düz deyirsən?!

Mətanət Məmmədova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Mart 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri