Icma.az
close
up
RU
Qara bazarın formalaşmasına qarşı ciddi mübarizə aparılmalıdır Komitə sədri

Qara bazarın formalaşmasına qarşı ciddi mübarizə aparılmalıdır Komitə sədri

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

"Bütövlükdə siqaret bazarına münasibətdə dövlət fiskal maraqlar güdmür. Bu seqment tamamilə qadağan edildikdən sonra həm idxal rüsumlarından, həm aksizlərdən, eyni zamanda əlavə dəyər vergisindən dövlət bir növ imtina etmiş olur. Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər, prinsiplər olduqca önəmlidir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 3 komitənin birgə iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

Deputat iqtisadi aspektlərə diqqət çəkib: "Elektron siqaretlər idxala əsaslanır və bunun yerli istehsalı yoxdur. Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır. İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir məbləğdə idxalı var. O baxımdan bunun həm də indiki şəraitdə iqtisadiyyatımız üçün bunun müsbət tərəflərini qeyd edə bilərik".

"Təbii ki, qadağalar varsa da, qara bazar, qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın təmin edilməsi halları da müşahidə oluna bilər. Sonrakı mərhələdə biz hesab edirik ki, məhz bu qara bazarın formalaşmasına qarşı ciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlər rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı alınmaqdadır. ​Bütövlükdə biz hesab edirik ki, bu təşəbbüs təqdirəlayiqdir. Bizim komitənin profili üzrə Vergi Məcəlləsində aksizlərdən azadolunmalar, güzəştlərlə bağlı maddədə, o cümlədən aksizli malların siyahısı, vergi dərəcələri ilə bağlı olan maddələrdə dəyişiklik olur. Dəyişiklik bundan ibarətdir ki, həmin siyahılardan, maddələrdən elektron siqaretlər çıxarılır. Bir halda ki, bunlar qadağan olunursa, bu da aksiz vergisinin obyektiv predmeti ola bilməz".

Anar Kəlbiyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri