Icma.az
close
up
RU
“Zəngəzur dəhlizinə mane olan qüvvələrə qarşı ciddi mübarizə aparılmalıdır” KOMİTƏ SƏDRİ

“Zəngəzur dəhlizinə mane olan qüvvələrə qarşı ciddi mübarizə aparılmalıdır” KOMİTƏ SƏDRİ

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 14-də Xankəndi şəhərində “Beynəlxalq nəqliyyat xətlərinin təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmət orqanlarının rolu” mövzusunda Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın müvafiq xidmət rəhbərləri, həmçinin fəxri qonaq qismində Macarıstandan olan nümayəndə iştirak edib.

Tədbir çərçivəsində Əli Nağıyev beynəlxalq nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsiz fəaliyyətinin təmin edilməsində, həmçinin onların beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, qaçaqmalçılıq və digər mənfi təzahürlərdən qorunmasında xüsusi xidmət orqanlarının rolunu xüsusi olaraq vurğulayıb.

Əli Nağıyev vurğulayıb ki, bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmağa çalışır və bu amil göstərilən istiqamətdə təhlükəsizliyin etibarlı təmin edilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyur.

Gununsesi.info-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Əli Nağıyevin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi narahatlıq başa düşüləndir.

Deputat qeyd edib ki, uzun illər bölgədə sülhün bərqərar olmasını istəməyən qüvvələr indi də dəhlizin açılmasını istəmir və buna qarşı addımlar atırlar:

“Zəngəzur dəhlizinin reallaşmasına mane olan bir sıra qüvvələr var və onların qarşısının alınması istiqamətində mütləq şəkildə ciddi mübarizə aparılmalıdır. Avrasiya məkanının təhlükəsizlik arxitekturasının mühüm elementi olduğu üçün dəhlizin açılması regionda geosiyasi və geoiqtisadi balansın dəyişməsinə səbəb ola bilər. Bunu nəzərə almaq lazımdır və təbii ki, məhz buna görə narahat olan çox ciddi qüvvələr mövcuddur.

Əsas qüvvələr kimlərdir? Regional revanşist siyasi dairələr. Bu, Ermənistanda da mövcuddur. Keçmiş Qarabağ klanından istifadə edənlər, kommunikasiyanın açılmasını özləri üçün təhlükə hesab edənlər, sülh müqaviləsinin imzalanmasına qarşı çıxanlar — bütün bu qruplar prosesləri ləngitmək üçün çalışırlar. Bu dairələr yalnız Ermənistan daxilində deyil, onun xaricində də fəaliyyət göstərir və dezinformasiya vasitələrindən istifadə edərək prosesləri yubatmağa cəhd edirlər”.

Komitə sədri əlavə edib ki, Zəngəzur dəhlizi və Türk dövlətləri arasında mövcud olan və ya yaradılması planlaşdırılan kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsinin əsas yolu əməkdaşlığın daha da gücləndirilməsi və koordinasiyalı şəkildə fəaliyyət göstərməkdir:

“Bu istiqamətdə bir neçə əsas yanaşma mövcuddur. Təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik əməkdaşlığının gücləndirilməsi, koordinasiyalı məlumat mübadiləsi, Türk Dövlətlərinin xüsusi xidmət orqanları arasında operativ məlumatların bölüşdürülməsi, təhlili və tədbirlərin birgə mexanizmlərlə həyata keçirilməsi əsas alətlərdəndir.

Bununla yanaşı, fiziki və kibertəhlükəsizliyin artırılması, yəni dəhliz boyunca nəzarət sistemlərinin gücləndirilməsi, rəqəmsal təhlükəsizlik standartlarının yüksəldilməsi, havadan, qurudan və vizual şəkildə monitorinqlərin aparılması, eləcə də birgə texniki platformaların yaradılması mühüm əhəmiyyət daşıyır”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Noyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri