Qara dənizdə Türkiyə gəmisi qəzaya uğradı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Rumıniya Daxili İşlər Nazirliyi Qara dənizdə Neptun kurort qəsəbəsi yaxınlığında qəzaya uğrayan yedək gəmisinin göyərtəsində olan yeddi türk dənizçinin xilas edilməsi üçün əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Türkiyə bayrağı altında üzən “Ayaz Bey” yedək gəmisi Antiqua və Barbuda bayrağı altında üzən “Mentor” gəmisi ilə toqquşduqdan sonra saat 04:20 radələrində beynəlxalq qəza siqnalı verib. Türkiyənin “Ayaz Bey” və “Ramazan Bey” adlı iki yedək gəmisi Ukrayna sularında, Odessa limanı yaxınlığında daha əvvəl zədələnmiş “Mentor” gəmisini Türkiyəyə yedəkləyirmiş. Hadisə zamanı yedəyə alınan gəmidə heyət olmayıb. Gecə saatlarında əlverişsiz hava şəraiti səbəbindən yedək trosları qırılıb. Sonradan troslar bərpa edilsə də, “Ayaz Bey” yedək gəmisi “Mentor” gəmisi ilə toqquşub”, - məlumatda deyilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 04 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















