Icma.az
close
up
RU
Qara pişiklərin sahiblənilməsi qadağan EDİLDİ

Qara pişiklərin sahiblənilməsi qadağan EDİLDİ

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın şimal-şərqində yerləşən Kataloniya bölgəsinin Terrassa şəhərində “Halloween” dövründə mümkün “qaranlıq ayinlərin” qarşısını almaq məqsədilə qara pişiklərin sahiblənilməsi müvəqqəti olaraq qadağan edilib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Qərarın məqsədi bayram dövründə pişiklərin zərər görməsinin və ya “aksessuar” kimi istifadə olunmasının qarşısını almaqdır.

Terrassa meri müavini Noel Duque RTVE-yə açıqlamasında bildirib ki, hər il “Halloween” ərəfəsində qara pişiklərə maraq artır:

“İnsanların sadəcə dəb xatirinə və ya ani həvəsdən pişik sahiblənməsini istəmirik. Həmçinin bəzi bölgələrdə müşahidə olunan qaranlıq ayinlərin qarşısını almağa çalışırıq,” – deyə o bildirib.

Qərb mədəniyyətində qara pişiklər uzun illərdir uğursuzluq və sehrbazlıqla əlaqələndirilsə də, Yaponiya və Misir kimi bəzi ölkələrdə onlar bolluq və bəxt rəmzi hesab olunur. Terrassa bələdiyyəsi şəhərdə qara pişiklərə qarşı hər hansı zorakılıq hadisəsinin qeydə alınmadığını, lakin digər bölgələrdə baş verən oxşar hallardan sonra heyvan haqları təşkilatlarının xəbərdarlıqları əsasında bu addımın atıldığını bildirib.

Hazırda təxminən 9 min 800 pişiyin yaşadığı şəhərin sığınacağında 100-ə yaxın pişik olduğu, onlardan 12-sinin qara rəngdə olduğu açıqlanıb.

Bələdiyyə bu qərarın “müvəqqəti və istisnai” xarakter daşıdığını, heyvan rifahını qorumaq məqsədi güddüyünü və gələcəkdə ehtiyac yaranarsa yenidən tətbiq edilə biləcəyini vurğulayıb. Qadağa müddətində istisna hallar fərdi şəkildə qiymətləndiriləcək, pişiklərin normal sahiblənmə prosesi isə “Cadılar bayramı”ndan sonra bərpa olunacaq.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri