Icma.az
close
up
RU
Qara Qarayev milli karyerasını bitirəcəyi vaxtı açıqladı

Qara Qarayev milli karyerasını bitirəcəyi vaxtı açıqladı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Zədəmim araya girməsi, bəlkə də milliyə dəvət almağımla bağlı hansısa fikirləri dəyişdi. Amma son bir-iki oyunumu millidə keçirməyi və bu komanda ilə vidalaşmağı çox istəyirdim. Yay toplanışına qədər gözləyəcək, ondan sonra qərarımı verəcəyəm”.

Bu sözləri Teleqraf-a açıqlamasında uzun müddətdir Azərbaycan millisinə dəvət almayan "Araz-Naxçıvan”ın futbolçusu Qara Qarayev deyib.

Yığmanın Belarus və Haiti ilə yoldaşlıq görüşlərini izlədiyini deyən 33 yaşlı yarımmüdafiəçi futbolçuların çıxışlarına qiymət verməkdən imtina edib: "Oyunçular barədə heç nə deməyəcəyəm. Nə qədər futbolda olacağamsa, çalışacağam ki, komanda yoldaşlarımı dəstəkləyim. Onlar dəstəyə layiqdirlər. Biz problemi stadionun içində görürüksə, onda hamısını güclü tənqid etmək lazımdır. Elə üstlərinə getməliyik”.

Qarayevin fikrincə, uğursuz nəticələrin günahını meydandan kənarda axtarmaq lazımdır: "Şəxsi qərarımdır, bunu müzakirəyə açıq elan etmirəm. Fikrimcə, bizdə futbolçu yetişmirsə, bir mövqeyə 4-5 oyunçu çağıra bilmiriksə, deməli, problem meydanda deyil, meydandan kənardadır. Biz yetişdirməli, fərqli şeylərə diqqət etməliyik. Bizim komandanın məşq etməyə meydançası yoxdur, bəzən meydança problemi yaşayırıq. Amma deyirik ki, sabah Fransaya qarşı heyət düzəltməliyik. Nə dərəcədə mümkündür? Şərait, mühit uşaqların oynaması üçün hazırlanmırsa, biz oradan heç bir məhsul götürə bilməyəcəyik”.

Təcrübəli futbolçu azarkeşləri bu çətin dönəmdə futbolçulara dəstək olmağa səsləyib: "Biz də vaxtilə uduzmuşuq. Özümüzdən olan idmançıları tənqid edib dəstəkləmək lazımdır. Həm sevgi, həm də qorxu göstərmək lazımdır ki, daha məsuliyyətli olsunlar. Bunun üçün şərait yaradılmalıdır. Onlar istəsələr də, istəməsələr də məsuliyyətli olmalıdırlar. Bizdə boşluqdur deyə, bəzi futbolçular bəlkə yaxşı hazırlaşmırlar. Başqa amillər də ola bilər. Hər halda, bunlar azarkeşlər qarşısında səbəb deyil. İstər "Araz-Naxçıvan”dan, istər milli komandanın bütün futbolçularından azarkeşlər nəticə gözləyirlər. Biz bunu başa düşürük. İnanın ki, istər millidə, istərsə də klubda udub evə gedəndə valideynlərimiz də bizdən razı olub. Nə vaxt ki uduzub getmişik, atam mənimlə söhbət etmək istəməyib. Buna görə onların da həyatı bizimkindən seçilmir. Nə zamansa millidən getsəm belə, ürəyim həmişə bu bayraq üçün döyünüb, bundan sonra da elə olacaq”.

Qeyd edək ki, Qara Qarayev sonuncu dəfə 2022-ci il iyunun 10-da Slovakiyaya evdə 0:1 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının oyununda Azərbaycan yığmasının formasını geyinib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Mart 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri