Icma.az
close
up
RU
Qara Qarayev yenidən milliyə qaytarılır?

Qara Qarayev yenidən milliyə qaytarılır?

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qara Qarayevin təxminən 1,5 aylıq klubsuz günləri başa çatdı.

Milli komandamızın sabiq üzvü mövsümün qalan bölümünü "Araz Naxçıvan"da keçirəcək.

Qara hazırkı performansı ilə yaşıl meydanlarda top qovmağı haqq edirdi.

Sadəcə meydandan kənar söhbətlərin qurbanı olan yarımmüdafiəçinin karyerasındakı son iki mövsüm durğunlu dövrü kimi yadda qaldı.

Bəs bundan sonrası onun adına nə vəd edir?

İlk baxışdan təmsil olunduğu Naxçıvandan didərgin düşən, azarkeş dəstəyindən məhrum olan, bazası, meydançası olmayan bir kluba keçid xoş qarşılanmaya bilər.

Amma işin müsbət tərəfləri də yox deyil.

Qara ambisiyalı oyunçudur. Daim meydanda olmaq, komandasını kömək etmək istəyir.

"Neftçi" rəhbərliyinin həvəskar davranışı ucbatından mövsümün gedişində klubsuz qalan futbolçu üçün imkanlar geniş deyildi. Çünki klubların əksəriyyəti heyətini formalaşdırıb.

Belə şərtlər altından "Araz"dan gələn təklif göydəndüşmə sayılmalıdır. Özü də iki tərəf üçün.

Muxtar respublika təmsilçisi hazırda uğurlu dönəm yaşayır.

Hədəf isə avrokuboklara getməkdir. Şanslar da kifayət qədər yüksək.

Lakin kasad heyət və yerli oyunçu qıtlığı Elmar Baxşıyevin əl-qolunu bağlayan əsas maneədir.

Belədə 32 yaşlı futbolçu öz zəngin təcrübəsi ilə ona böyük fayda verə bilər.

Həm də özü qazanar.

Necə? Orta sahə oyunçusu uğurlu mövsüm keçirməklə komandasının avrokuboklara gedişinə yardımçı olacağı halda milli komandanın qapıları da onun üzünə açılacaq!

3 illik aradan sonra...

XANOĞLAN İMANOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri