Icma.az
close
up
RU
Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın dünyaşöhrətli bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən “Adajio” əsərinin fortepiano və skripka üçün işlənmiş variantı İsveçin Katrineholm musiqi məktəbinin tədris proqramına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu addım İsveçdə yaşayan həmyerlimiz, pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə həyata keçirilib.

“Azərbaycan klassik musiqisinin zənginliyini İsveçdə tanıtmaq və milli musiqi irsimizi yeni auditoriyaya təqdim etmək məqsədilə bu əsəri Katrineholm musiqi məktəbinin nümayəndələrinə notlar və rəqəmsal formatda göndərdim”, – deyə A.Məlikova bildirib.

Pianoçunun sözlərinə görə, Katrineholm musiqi məktəbinin rektoru Hanna Moen və skripka müəllimi Sara Karlsson (Sarah Carlsson – dla angl. redakcii) əsəri dinlədikdən sonra onun musiqi gözəlliyindən, emosional dərinliyindən və təsir gücündən dərin təəssürat aldıqlarını bildiriblər.

“Mənim üçün bu təşəbbüs sadəcə bir musiqi əsərinin tədris proqramına daxil edilməsi deyil. Bu, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması, Qara Qarayev kimi dahi sənətkarımızın yaradıcılığının İsveçdə gənc musiqiçilər nəslinə çatdırılması və musiqi vasitəsilə iki ölkə arasında mədəni körpünün qurulması deməkdir”, – deyə A.Məlikova qeyd edib.

Həmyerlimiz vurğulayıb ki, bu təşəbbüsün ən böyük dəyəri Azərbaycan musiqisinin öz dili ilə danışması, dinləyicilərin qəlbinə yol tapması və milli musiqi irsimizin başqa bir ölkənin təhsil mühitində özünə yer qazanmasıdır.

Bu, artıq Azərbaycan bəstəkarının İsveçdə musiqi tədrisinə daxil edilən ikinci əsəridir. Xatırladaq ki, daha əvvəl bəstəkar Arif Məlikovun “Komdenin arzuları” əsəri də İsveçin Lidinqö musiqi məktəbinin repertuarına daxil edilib.

Nərgiz Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:259
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri