Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Arif Məlikovun əsəri İsveç musiqi məktəbinin repertuarına daxil olub EKSKLÜZİV

Arif Məlikovun əsəri İsveç musiqi məktəbinin repertuarına daxil olub EKSKLÜZİV

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Stokholm, 28 dekabr, Nərgiz Cəfərli, АZƏRTAC

Dünyaşöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun “Komdenin arzuları” əsəri İsveçin Lidingö musiqi məktəbinin repertuarına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu məlumatı İsveçdə yaşayan pianoçu Aynur Məlikova agentliyin ölkədəki müxbirinə bildirib.

Aynur Məlikovanın təşəbbüsü ilə bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsertlər İsveçdə, Danimarkada və Maltada təşkil edilib. Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, onun musiqi məktəbinin davamçıları olan Azərbaycan bəstəkarlarının da əsərləri yer alıb. Onların arasında Arif Məlikovun “Komdenin arzuları” əsəri həmvətənimiz pianoçu Aynur Məlikova və isveçli fleytaçı Katrin Sponberqin ifasında səslənib.

AZƏRTAC-ın müxbiri ilə qısa söhbətində Aynur Məlikova “Komdenin arzuları” əsərinin rəqəmsallaşdırılması və musiqi məktəbinin repertuarına daxil edilməsi barədə ətraflı məlumat verib:

”Vətəndən uzaqda Üzeyir bəyin yubileyi münasibətilə keçirilən tədbirdə çıxış etmək mənim üçün böyük bir şərəf və məsuliyyət idi. Tədbirin əsas məqsədi Üzeyir Hacıbəyli, Arif Məlikov, Fikrət Əmirov, Niyazi kimi dahi bəstəkarların zəngin yaradıcılığını və Azərbaycan musiqi mədəniyyətini xarici ictimaiyyətə daha yaxından tanıtmaq idi. “Komdenin arzuları”na gəldikdə isə deyə bilərəm ki, bu əsər Arif Məlikovun yaradıcılığında xüsusi yer tutur və dərin emosional təsiri, bədii dəyəri, eləcə də melodik zənginliyi ilə seçilir. Sözügedən əsəri hər dəfə ifa etdikdən sonra Katrin xanım bu əsər haqqında öz düşüncələrini mənimlə bölüşməyi çox təqdirəlayiq hesab edib.

“Bu əsər hər dəfə onu ifa etdikcə mənim üçün yeni məna qazanır və sanki daha da dərinləşir. Musiqi xəyalpərəst və dinc xarakter daşıyır, eyni zamanda düşünməyə imkan verir. Mən bu əsəri İsveç və Danimarkada ifa edəndə xüsusi bir atmosfer yaranırdı, bütün zalı bürüyən harmoniya və istilik hiss olunurdu”,-deyə Katrin xanım mənimlə hisslərini bölüşüb.

İsveçli musiqiçi Günnar Blomström bu əsəri dinlədikdən sonra onu analitik baxımdan daha yaxından tanımaq arzusunda olub. Əsərin ton ahəngi və musiqinin struktur baxımından möhtəşəmliyi onu bu əsər üzərində rəqəmsal versiya hazırlamağa sövq edib. Rəqəmsal versiyada müasir musiqi elementləri ilə yanaşı, orijinal kompozisiyanın ruhu və melodik xətti qorunub saxlanılıb.

Ən sevindirici məqamlardan biri isə odur ki, bizim ifalarimizdan sonra “Komdenin arzuları” əsəri İsveçin Lidingö musiqi məktəbinin repertuarına daxil edilib. Bu hadisə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması, eləcə də ölkəmizin zəngin musiqi irsinin Avropa musiqi tədrisinə inteqrasiyası baxımından olduqca önəmli bir addımdır.

Üzeyir bəyin yubileyinə həsr olunan layihələr təkcə bir silsilə konsert deyil, həm də ölkələr arasında mədəni körpü rolunu oynadı. Bu əməkdaşlıq nəticəsində müxtəlif musiqi dünyalarının bir araya gələrək necə gözəl nəticə verdiyini gördük. Gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı layihələr həyata keçirməyi, Azərbaycan bəstəkarlarının əsərlərinin Avropada daha çox səslənməsini və tədris olunmasını arzulayıram. Hesab edirəm ki, belə təşəbbüslər mədəniyyətimizin dünyada tanıdılmasına və Azərbaycan musiqisinin universal dəyərlərinin nümayişinə mühüm töhfə verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri