Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Qarabağın 2024cü ildəki ONBİRLİYİ İdman və Biz

Qarabağın 2024cü ildəki ONBİRLİYİ İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

"Qarabağ" tarixi nəticələrlə yadda qalan 2024-cü ilin 11 ən əlamətdar məqamını hazırlayıb.

İdman.biz Ağdam klubu üçün önəm daşıyan məqamları təqdim edir.

Pley-offda ilk qələbə

Azərbaycan futbolu tarixinə Avropa Liqasının pley-offuna yüksələn ilk komanda kimi düşən “Qarabağ” 1/8 finala vəsiqə üçün “Braqa” ilə qarşılaşıb. Portuqaliyadakı möhtəşəm oyunu ilə 4:2 hesablı səfər qələbəsi qazanan komandamız Bakıdakı cavab görüşündə daha bir tarix yazıb. Nəriman Axundzadənin əlavə vaxtdakı qolu komandamızı 1/8 finala daşıyıb. Avrokubokların bu mərhələsi Azərbaycan futbol tarixində yeni səhifə olub.

1/4 finalın astanasında

Avropa Liqasında ən uğurlu mövsümünü keçirən komandamız 1/4 finalın bir addımlığında qalıb. 1/8 finalda güclü “Bayer”lə görüşən “Qarabağ” həm evdə, həm də səfərdə 2:0 hesabı ilə önə də keçib. Amma komandamız hər iki görüşdə üstünlüyünü uzatma dəqiqələrində əldən verib. Patrik Şikin 90-cı dəqiqədən sonrakı vaxtda vurduğu üç top 8 ən güclü sırasına düşməyimizə imkan verməyib – 2:2, 2:3.

Ardıcıl 3-cü, tarixdə 11-ci

Komandamız bu il 11-ci dəfə Azərbaycan çempionu titulunu qazanıb. Ardıcıl üçüncü qızıl medallar vaxtından əvvəl təmin olunub. Bu, Premyer Liqanın 28-ci turunda rəsmiləşib. “Kəpəz”i 6:1 hesabı ilə məğlub edən komandamız sona 8 tur qalmış 1-ci yeri təmin edib.

8-ci kubok

Ölkə çempionu adını qazanan komandamız Azərbaycan kubokunun da qalibi olub. Qurban Qurbanovun yetirmələri finalda “Zirə” ilə görüşüb. Bu qarşılaşma “Liv Bona Dea Arena”da baş tutub. Komandamız 2:1 hesablı qələbə qazanıb.

Əlçatmaz Olavio

Futbolçumuz Olavio Juninyo 2023/24 mövsümünün bombardiri adını qazanıb. O, 20 qolla çempionatın ən məhsuldar oyunçusu olub. Braziliyalı meydana çıxdığı 35 matçda bu qədər qola imza atıb. Cənubi amerikalı bombardir titulunu debüt mövsümündə əldə edib.

Akademiyadan “het-trik”

Bu il təkcə əsas komandamızın uğurları ilə yadda qalmayıb. Klubumuzun, futbolumuzun gələcəyi olan yeniyetmə komandalarımız da çempionluq sevinci yaşayıblar. Akademiyamızın təmsilçiləri AFFA-nın təşkil etdiyi liqaların üçündə çempion olublar. U-15, U-14 və U-13 komandalarımız Azərbaycanın ən yaxşısı adını qazanıb. Akademiyamızın komandaları çoxsaylı müxtəlif beynəlxalq turnirlərdə də ölkəmizi layiqincə təmsil ediblər.

“İmarət”in təməli

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub. Komandamızın sonuncu dəfə 1993-cü ildə çıxış etdiyi arenanın yenidən inşa olunmasına başlanılıb. Stadion bunun üçün ayrılan 19,2 hektar torpaq sahəsində tikilir. “İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyü olacaq.

Çempionlar Liqasında pley-off

Komandamız son illərdə formalaşan ənənəsinə sadiq qalaraq bu dəfə də avrokubokların təsnifat mərhələlərində uğurla çıxış edib. Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayan “Qarabağ” öncə “Linkoln”, ardınca “Lüdoqorets” səddini aşıb. Bu iki dueldə ümumilikdə 16 qol vuran komandamız qitənin ən nüfuzlu klub turnirinin pley-offuna vəsiqə qazanıb. Bu, ən azı Avropa Liqasının əsas raunduna vəsiqəni təmin etmək üçün yetərli olub.

İlk dəfə Liqa mərhələsində

Ardıcıl 10 il avrokubokların qrup mərhələsində oynayan “Qarabağ” bu dəfə də əsas raunda qədər irəliləyib. Komandamız yeni formatda təşkil olunan Liqa mərhələsində mübarizəyə başlayıb. Komandamız bu formatda əsas mərhələ oynayan ilk və yeganə Azərbaycan klubudur. Bu mərhələdə 6 matça çıxan komandamız digər iki oyununu 2025-ci ildə keçirəcək.

“Qarabağ”dan unikal təşəbbüs

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunan yeni qurumda komandamızla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Totenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto" (Portuqaliya), “Flamenqo" (Braziliya) və “Malmö” (İsveç) klublarıdır.

Qış çempionu

Komandamız Premyer Liqanın 2024/25 mövsümündə də uğurla çıxış edir. 18 turdan sonra lider olan “Qarabağ” qış fasiləsinə zirvədə yollanıb. Bu, XVIII tur ərəfəsində rəsmiləşib. “Şamaxı” ilə təxirə salınmış oyundakı qələbə ilə qış çempionluğu təmin olunub. Bu, komandamızın tarixində 11-ci, ardıcıl 4-cü belə uğurudur.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 Dekabr 2024 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri