Icma.az
close
up
RU
Qarabağ” azı bir xalla bu oyunu başa vuracaq Etibar İbrahimov

Qarabağ” azı bir xalla bu oyunu başa vuracaq Etibar İbrahimov

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bugünkü “Napoli”-“Qarabağ” qarşılaşması həqiqətən də çox çətin olacaq. Çünki “Napoli” İtaliyanın ən tanınmış və ən güclü klublarından biridir. Son illərdə komanda davamlı olaraq yüksəlişdədir. “Qarabağ” üçün çətinlik ondan ibarətdir ki, komanda öz fəlsəfəsinə söykənən bir yoldan gedir və öz fəlsəfəsindən heç vaxt geri çəkilmir. Bu isə oyunlarına, həm evdə, həm də səfərdə təsir göstərir. “Qarabağ” həqiqətən də yaxşı çıxış edir. Bəli, “Qarabağ”ın Çempionlar Liqasındakı bu cür çıxışı bir çoxları üçün gözlənilməz oldu, sürpriz yarandı. Lakin əvvəl də dediyim kimi, mənim üçün heç bir sürpriz yoxdur. Çünki “Qarabağ” artıq uzun zamandır işləyən bir mexanizmdir. Bu mexanizm artıq işə düşüb və indi nəticə verməyə başlayıb".

Bu fikirləri Redaktor.az-a "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov  bu gecə "Qarabağ" ilə "Napoli" arasında keçiriləcək oyundan gözləntilərindən danışarkən bildirdi.

"“Qarabağ” üçün ən önəmli oyunlardan biri budur. Əvvəlki oyunlar, gələcəkdə keçiriləcək “Ayaks” və “Ayntraxt Frankfurt”la matçlar da vacib olsa da, “Liverpul” və “Napoli” ilə oyundan qazanılacaq  xal, komandanın növbəti mərhələyə keçməsi üçün çox böyük şans olacaq. Məncə, “Ayaks” və “Ayntraxt Frankfurt” rəqibləri də çox güclüdür, amma bu ünkü oyun daha önəmli ola bilər. “Napoli” çox müxtəlif taktiki sistemlərlə oynayır. Onlar zaman zaman 4-3-3 sistemində çıxış edirlər, ən çox bu düzəndən istifadə edirlər, amma həmçinin 3-5-2 və 4-1-4-1 sistemlərindən də istifadə edirlər. Xüsusən də 4-1-4-1 sistemi ilə PSJ qarşısında böyük məğlubiyyət almışdılar. Baş məşqçi Antonio Konte İtaliyanın və dünyanın ən tanınmış məşqçilərindəndir".

Müsahibimizin fikrincə, bu gün  rəqib komanda 4-3-3 sistemi ilə oynayacaq:

"Nəticəyə gəldikdə isə, əgər “Qarabağ” əks hücumların qarşısını ala biləcəksə – çünki “Napoli” çox yaxşı əks hücumlar qurur, mövqe hücumları da yaxşı inkişaf etdirir  və eyni zamanda presinqə tab gətirə biləcəksə, o presinqin altından çıxa biləcəksə, bu halda “Qarabağ” azı bir xalla bu oyunu başa vurmağı bacaracaq".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Noyabr 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri