Icma.az
close
up
RU
Yaxşı məşqçi və komanda heç vaxt məğlub olmurlar Etibar İbrahimov

Yaxşı məşqçi və komanda heç vaxt məğlub olmurlar Etibar İbrahimov

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

""Qarabağ"ın Çempionlar Liqasına keçmək üçün oynadığı oyun möhtəşəm alındı. Komandanın ikinci səfər Çempionlar Liqasına düşməsi bütün futbol azarkeşlərini sevindirdi. "Ferentsvaroş"un çevik və dinamik futbolçuları var idi. Düşünürəm ki, onlar oyundan əvvəl mediaya bəyanatlar verərək "Qarabağ"da çaşqınlıq yaratmaq istəmişdilər və müəyyən qədər məqsədlərinə nail oldular. Komandamızın ilk 15 dəqiqədəki oyunu ürəkaçan deyildi, lakin sonradan futbolçular təcrübələrini ortaya qoyaraq hesabı bərabərləşdirdilər. Sonda isə irəli çıxmağı bacardıq. İkinci hissənin daha rahat keçə biləcəyini düşünürdüm, lakin Medina tərəfindən atılan erkən penalti komandanın taktiki disiplinini az da olsa pozdu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi, premyer liqa təcrübəli Etibar İbrahimov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ"ın  Liqa mərhələsinə yüksəlməsindən və "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacağı rəqiblərdən danışarkən bildirdi.

"Bu mərhələni adlamaq üçün komanda əzmlə mübarizə apardı. Azərbaycan xalqına sevinci yaşadan "Qarabağ" oyunçularına təşəkkür edirik. İndi Azərbaycan xalqının gözü aydın olsun; ölkəmiz ikinci dəfə dünya futbolunun ən mötəbər turnirində iştirak edəcək. Püşkatmaya gəlincə, düşünürəm ki, komanda artıq sevinci geridə qoymalı və növbəti oyunlara fokuslanmalıdır. Burada zəif rəqib yoxdur. Ən güclü komandalar arasında "Liverpul" və "Çelsi" kimi adlar var. Onlarla yanaşı, dünya futboluna daim böyük futbolçular bəxş edən "Ayaks" və Avroliqada uğur qazanmış "Ayntraxt Frankfurt" da rəqiblərimizdəndir. Mənim praktikam da "Ayntraxt Frankfurt"la bağlıdır. Digər komandalar arasında "Kopenhagen" də var ki, "Qarabağ"ı keçən mərhələdə məğlub etmişdilər. Daha öncə "Ayntraxt" komandası ilə qarşılaşmamız olub: 2-1 və 2-0 hesabları ilə uduzmuşuq. "Ayaks"a 0-3, "Çelsi"də isə 4-0 və 6-0 hesabları ilə məğlubiyyətlər yaşamışıq. "Qarabağ" üçün bu, növbəti böyük addımdır".

Müsahibimiz qeyd etdi ki, komandamızı 8 möhtəşəm oyun gözləyir və gələcək oyunlarda "Qarabağ" daha da güclü klub olmaq yolunda irəliləyəcək. Onun sözlərinə görə, belə oyunlarda klub böyüyür.

"Məğlubiyyətlər olsa da, mənim fəlsəfəm budur: yaxşı məşqçi, yaxşı futbolçular və komanda heç vaxt tam məğlub olmurlar; onlar ya qazanır, ya da öyrənirlər. "Qarabağ" böyük klubdur, Qurban Qurbanov isə təcrübəli məşqçidir. Bu oyunlarda qələbə qazanaraq azarkeşləri sevindirəcək, məğlubiyyət olsa da səhvlər təhlil edilərək növbəti uğurlar üçün addımlar atılacaq", - deyə Etibar İbrahimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri