Icma.az
close
up
RU
Adam hər çay içdiyi şəxslə kiməsə torba tikir ? Etibar İbrahimov

Adam hər çay içdiyi şəxslə kiməsə torba tikir ? Etibar İbrahimov

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Zirə" ilə oyundan öncə "Kəpəz"in iki legionerinin - Mahamadu Ba və Olavale Onanuqanın Azər Məmmədov dönəmində Nizami yurdunun təmsilçisində köməkçi məşqçi qismində çalışmış gəncəli mütəxəssis Etibar İbrahimovla görüşərək çay içdiyi, bundan xəbər tutan rəhbərliyin uğursuzluqda onlardan şübhələnməyə başladığını xəbər vermişdik. Onanuqanın "qartallar"la matçın 43-cü dəqiqəsində əvəzlənməsi şübhələrə əsas verib. "Sarı-göylər"in idarəçiləri və baş məşqçisi Adil Şükürov əcnəbilərin potensialından aşağı çıxış etmələrindən şübhələniblər.

Etibar İbrahimov isə adının "torba əməliyyatı"nda hallandırılması ilə bağlı iddianı yaxına buraxmır. Baxmayaraq ki, o, Onanuqa ilə görüşüb çay içdiyini gizlətmir.

Təcrübəli mütəxəssis Fanat.Az-a açıqlamasında məsələyə belə münasibət bildirib:

"Ötən ilin dekabrında Nigeriyaya dərs deməyə getmişdim. Onanuqanın İsraildə oynadığı dönəm idi. O, həmin vaxt mesaj yazdı, görüşmək istədiyini dedi və yanıma gəldi. Onu 2023-cü ildən tanıyıram. O vaxt "Kəpəz"i Azər Məmmədovvla birgə yığdıq, Onanuqa da komandaya transfer olundu. Hamı bilir ki, Gəncədə ingiliscə danışa bilən çox az sayda futbol adamı var. Hələ o vaxt İlqar Nadiri deyirdi: "Sən idman direktoru işini yaxşı yerinə yetirirsən, futbolçularla ünsiyyət qurmağı bacarırsan". Əcnəbi futbolçularla çox gözəl münasibətim var. Gecə saat 2-də Adama Nyane, Latir Fall zəng vururdu, ailəsində problem olduğunu deyib məndən kömək istəyirdi. Mən də dərhal köməyə gedirdim. Bu yaxında İngiltərədən əlaqə saxlayıb "Kəpəz"ə baxışa gəlmiş bir futbolçunun Bakıda köməksiz qaldığını bildirdilər. Çölə atmışdılar. Pulu, interneti yox idi, ac qalmışdı. Gedib 2 günlük otel tutmuşam, yemək almışam, viza əldə etməsinə köməklik göstərmişəm və nəhayət, İsrailə yola salmışam. Bu, mənim insani keyfiyyətimdir. 
Onanuqa o vaxt Azər Məmmədova ata, mənə əmi deyirdi. O, iyulda yenidən Azərbaycana gələndə mənə zəng vurdu, görüşmək istədiyini dedi. Çay içməyə dəvət etdim və Gəncədə "Xan bağı" deyilən yerə çağırdım. Yarım saatlıq görüşdük, çay içdik. Ətrafımızda 10-a qədər tanış insan var idi. Adam hər çay içdiyi şəxslə kiməsə "torba tikir"? Bu şərəfsizlik olar ki. Mən niyə Onanuqanı yoldan çıxarım? Axı adım baş məşqçi olmağa namizəd deyil. 
Tanıyanlar bilir ki, Etibar çörək verən oğlan olub, çörəyə bais olan yox. Mən kişiyəm və Allah adamıyam. Kiməsə badalaq vurub çörəyini əiindən alsam, özüm xeyir taparam? Heç vaxt!   Kimsə uğursuzluğunu, bir başqası şəxsi marağını güdərək belə addım atırsa, alnını möhürə qoymasın! Gəncədə hər kəs bu söz-söhbəti kimin yaydığını yaxşı bilir. Sizdən ona görə inciyirəm ki, Onanuqa ilə çay içib söhbət etdiyimizi görən və ya eşidən şəxsin çirkin planını işə salmaq üçün sızdırdığı xəbəri işıqlandırırsız. Bizim şərəfimiz, kişiliyimiz var, heç vaxt "torbatikən" olmamışıq".

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://fanat.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri