Icma.az
close
up
RU
Qarabağ Böyük Ermənistan xülyasını bitirdi

Qarabağ Böyük Ermənistan xülyasını bitirdi

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

““Böyük qardaş”sız müti Ermənistan”, - Türk jurnalist nələr yazdı...

Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin maliyyə dəstəyi ilə Türkiyənin 10 KİV nümayəndəsi İrəvanda olub. Onlar Nikol Paşinyandan müsahibə götürüblər. Bir ilkə imza atan bu səfər Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını türk ictimaiyyətinə çatdırmaq məqsədi daşıyıb.

Aydındır ki, bu səfərə gələnlər təmsil olunduqları müxtəlif media orqanlarında təəssüratları barədə geniş reportajlar təqdim ediblər. Onlardan yalnız biri haqqında söhbət açacam. İngilisdilli “yetkinreport.com” saytında gedən “Where is the Real Armenia? New answers to old questions” ("Real Ermənistan haradadır? Köhnə suallara yeni cavablar") adlı məqalə Ferhat Boratavın qələmindən çıxıb. Bu məqalənin özəlliyi nədədir? Ondan bəhs edəcəm.

Müəllif yazır ki, Türkiyədə belə bir dəyişməz fikir formalaşıb: “Ermənilərin gözü bizim torpağımızdadır, bizdən torpaq istəyirlər”.

Bu inancın əsasını şübhə altına alanların qarşısına Ermənistan Konstitusiyasının preambulasında “Müstəqillik Bəyannaməsi”nə və həmin Bəyannamənin 11-ci maddəsinə istinad çıxacaq: “Ermənistan Respublikası Osmanlıda 1915-ci il soyqırımının beynəlxalq səviyyədə tanınmasını təmin etmək vəzifəsini dəstəkləyir”. İkinci məqam: 1989-cu il tarixli “Ermənistan SSR-nin və Dağlıq Qarabağ bölgəsinin birləşdirilməsi haqqında” qərar.

“Qərbi Ermənistan”ın haranı əhatə etdiyini görmək üçün ASALA-dan Daşnak Partiyasına qədər irredentist-millətçi hərəkatların yaratdığı hər ölçüdə və rəngdə xəritələrə baxmaq kifayət edir.

Təbii ki, “ərazi iddiası”nı qanuniləşdirmək axtarışı ilə paralel gedən digər siyasət 1915-ci il üçün beynəlxalq kampaniyanın “genosid” kimi müəyyən edilməsi idi.

Nəticədə, hər il mart ayından başlayaraq Türkiyədəki siyasətçilər və jurnalistlər 24 aprel bəyanatında hansı ölkənin “genosid” kəlməsi işlətməsinə diqqət edirdi, Türkiyə ilə problem yaşamayan ölkələr isə “Medz Yeğern” ("Böyük Fəlakət") deməsi ilə təsəlli tapırdı.

Ancaq indi onilliklər boyu davam edən vərdişləri dəyişdirmiş bir proses ortadadır.

Qarabağın yenidən Azərbaycan ərazisinə çevrilməsi “Böyük Ermənistan” xülyasının sonu deməkdir.

Nikol Paşinyan deyir: “Real Ermənistan 29.743 kvadrat kilometr ərazisi olan beynəlxalq səviyyədə tanınmış Ermənistan Respublikasıdır”. Davam edərək bildirir ki, "çörəyinizi yediyiniz yer sizin vətəninizdir, gələcəyiniz də o torpağa bağlıdır".

Ancaq indiki real Ermənistanı deyil, həm də Türkiyə və Azərbaycandan olan bölgələri əhatə edən “tarixi vətən" anlayışını güclü şəkildə dəstəkləyən yerli müxalifət və diaspor qrupları da var.

“Biz “tarixi Ermənistan” axtarışımızı dayandırmalıyıq. Bu, Ermənistan Respublikasını qurmaq və gücləndirmək üçün yeganə yoldur. Əks halda, onsuz da məhdud olan imkanlarımızı “vətənin və dövlətin gələcəyinə zərbə vuran vətən axtarışına” sərf edəcəyik”, - cənab Paşinyan belə deyir.

Baş nazir Paşinyan iddia edir ki, “Real Ermənistan” üçün yeni Konstitusiya lazımdır. Bəs bu yeni Konstitusiyada “soyqırımı”na yer olacaqmı? O, bu suala qeyri-müəyyən cavab verir. Ancaq o da faktdır ki, Ermənistanın xarici siyasətində “genosid” məsələsi gündəmdən çıxıb. Ermənistanın hazırkı rəsmi mövqeyi belədir.

Bəs Ermənistanda baş verən köklü dəyişikliklərin səbəbi nədir? Ferhat Boratav yazır ki, çünki “Böyük qardaş” Ermənistanın yanında deyil. “Böyük qardaş”ın yoxluğu Ermənistanı Türkiyə və Azərbaycanla anlaşmağa sövq edir: “Ermənistanın baş naziri indi anlayır ki, “Böyük qardaş” oyunda yoxdur.

Ancaq “Böyük qardaş” hər an regiona qayıda bilər.

Hər kəs bu ehtimalı nəzərə almalı və vaxt itirməməlidir”.

Müəllif “Böyük qardaş” dedikdə heç şübhəsiz ki, Rusiyanı nəzərdə tutur. Ancaq Ermənistan elə bir ölkədir ki, ABŞ-ı da, Fransanı da “Böyük qardaş” qismində bağrına basa bilər. Biz Ferhat Boratavın dediyi kimi, erməni xislətində olan bu reallığı nəzərə almalıyıq. O da aydındır ki, “Böyük qardaşı” yanında görən kimi Ermənistanın Türkiyə və Azərbaycana münasibəti 180 dərəcə dəyişəcək. “Real Ermənistan” getdikcə “tarixi Ermənistan” konsepsiyasına uduzacaq. Ona görə də bölgəmizdə baş verə biləcək istənilən kataklizmlərə hazır olmalıyıq. Bunun üçün isə Azərbaycan Cənubi Qafqazda indiki kimi dominant mövqedə olmalıdır və Türkiyə ilə sinxron hərəkət etməlidir.

Elbəyi Həsənli. Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Mart 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri