Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

“Gerçək Ermənistan” “böyük Ermənistan”a qarşı

“Gerçək Ermənistan” “böyük Ermənistan”a qarşı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Yaxud ölkədə yaxınlaşan parlament seçkilərinin ideoloji mahiyyəti

Həftəsonu Ermənistanda parlament seçkiləri keçiriləcək. Proseslə bağlı gərginlik artır və gərginliyin pik həddini proqnozlaşdırmaq çətindir. Hətta qanlı qarşıdurmalar və toqquşmalar da mümkündür. Qarşı duran qüvvələrin ittihamları belə söyləməyə əsas verir.

Bütün bunların fonunda aydın duyulan bir məqam var: Ermənistanda parlament seçkilərindəki mübarizə “real Ermənistan” ideyası ilə “böyük Ermənistan” ideyası, daha doğrusu, avantürası arasında gedəcək. O avantüra ki, uzun illər dünya erməniliyi, müstəqillik illərində isə Ermənistan Respublikasına hakim kəsilib. Əlbəttə, erməni cəmiyyəti avantüradan əziyyət çəkdiyinin fərqində olmayıb və ölkədə revanşist və şovinist kəsimin varlığını qoruması onu deməyə əsas verir ki, hay toplumunun müxtəlif qatlarına yerimiş pataloji xəstəlik “aktuallığını” saxlayır. Amma...

Baş nazir Nikol Paşinyan və komandası avantüradan uzaq durmağı təlqin edir. Bu, Ermənistanda seçki tarixində bir ilkdir. İndiyədək ölkədə heç bir siyasi qüvvə avantüradan, daha dəqiq desək, Qarabağ məsələsindən və qonşulara qarşı ərazi iddiası məntiqindən kənar siyasi xətt yürütməmiş, əksinə, bu məsələnin Ermənistan üçün prioritetliyini vurğulayan platforma ilə çıxış etmişdi.

Əlqərəz, Baş nazir Paşinyanın “Mülki müqavilə” partiyasının irəli sürdüyü konsepsiya Ermənistanın beynəlxalq aləm tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində olan “real Ermənistan” ideyası üzərində qurulub. Bunun üçün Nikol və tərəfdarları əllərinə düşən hər fürsətdə erməni xalqına müraciət edərək, daha böyük vətən arzulamaq istəklərindən geri durmaq çağırışı səsləndirir. “Xəyallarımızın vətəni elə Ermənistan Respublikasıdır. Biz artıq qaçqın deyilik və Ermənistan erməniləri, Qarabağ erməniləri və bütün dünya erməniləri Ermənistanda məskunlaşmalıdırlar”, - deyə Paşinyan vurğulayıb.

Hakim komandaya qarşı çıxan erməni müxalifəti və kilsə “böyük Ermənistan” ideyasından qidalanan revanşist mövqedən çıxış etməklə, nə tarixi kökü, nə elmi mənşəyi, nə də hansısa digər reallıq anlamı ilə hansısa əlaqəsi olan mətləbi qabardır. O mətləb ki, imperialist qüvvələrin hay toplumunun qarşısına atdığı “yemdir”. Fikrimizə aydınlıq gətirək.

Məlumdur ki, “böyük Ermənistan” məsələsinin gündəmə gəlməsində çar I Pyotrun vəsiyyətlərinin xüsusi çəkisi var. O vəsiyyətlər ki, həm çar Rusiyasının, həm keçmiş SSRİ-nin, həm də müasir Rusiyanın ona söykəndiyini söyləmək olar. O vəsiyyətlər ki, orada erməni elitası qondarılır və onun hansısa fövqəladə bacarığı önə çəkilir. Görünür, elə buna görədir ki, Rusiya Prezidenti Vladmir Putin hələ 2005-ci ildə İrəvanda Rusiya günləri tədbirləri çərçivəsində erməni ziyalıların qarşısındakı çıxışında məhz I Pyotrun vəsiyyətlərinin yerinə yetirildiyini vurğulamışdı: “Ermənilərə mümkün qədər nəvaziş göstərilməli və onlara kömək edilməlidir ki, böyük gəlişlərinə hazırlaşa bilsinlər. Cəmi 300 il keçib. Deyildi və yerinə yetirildi”.

Putinin ozamankı çıxışından bir neçə qənaət hasil olur. Birinicisi, I Pyotrun vəsiyyətindəki “böyük gəliş” anlamı hazırkı Ermənistan Respublikasıdır. İkincisi, Putinin çıxışının 2005-ci ildə, yəni Azərbaycana qarşı Ermənistanın təcavüzkar siyasətinin davam etdiyi zaman kəsiyində edildiyini nəzərə alsaq, onu deyə bilərik ki, işğal olunmuş torpaqlarımız da hay “böyük gəlişi”nin arealına daxil idi. Başqa cür düşünməyə əsas yoxdur. Həm də ona görə ki, keçmiş SSRİ zamanında da respublikamızın ərazilərindən ermənilərə hədiyyələr edilmiş və bu hədiyyələr hesabına 1929-cu ildə Ermənistan SSR tərkibində Meğri rayonu formalaşdırılmışdı.

Üçüncüsü, Putinin 2005-ci ildəki çıxışı sübuta yetirir ki, müasir Rusiya üçün erməni məsələsi adlı ciddi ideoloji prioritet olub və deməli, bir daha təsdiqlənir ki, bu ölkənin ABŞ və Fransa ilə birlikdə həmsədr kimi təmsil olunduğu ATƏT-in Minsk qrupunun Qarabağ danışıqları məntiqi boş imiş. Daha doğrusu, sözügedən təsisat yalnız aşkar ədalətsizliyə haqq qazandırmaq, ona don geydirmək, yekunda Qarabağın və digər işğal olunmuş torpaqlarımızın Ermənistana məxsusluğunu leqallaşdırmaq məqsədi güdürmüş.

Yəni təxminən belə: Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş və işğala beynəlxalq birlik laqeyd yanaşmışdı. Sonradan ölkəmizin diplomatik səyləri nəticəsində həmin beynəlxalq birlik görmüşdü ki, özünün erməni təəssübünə hüquqi don geydirmək lazımdır və bu zaman ATƏT-in Minsk qrupu kimi təsisat formalaşdırılmışdı.

Şübhəsiz ki, “böyük Ermənistan” avantürası Rusiya da daxil olmaqla, ümumən imperialist qüvvələrin erməni məsələsi adlandırdıqları qlobal planın tərkib hissəsi idi. O plan ki, uzun illər varlığını qorudu və demək olmaz ki, hazırda əhəmiyyətini tam itirib. Sadəcə, indi Qərbin və Rusiyanın məsələyə münasibətləri fərqlidir...

Əsl mahiyyət “böyük Ermənistan”ın tələ mahiyyətidir. Paşinyan əbəs yerə ermənilərin daha qaçqın kimi yaşamalı olmadıqlarının, onların Ermənistan Respublikası adlı vətənlərinin mövcudluğunu bildirmir. Məsələ ondadır ki, orta əsrlərin ikinci yarısında Avropada maarifçi ideyaların, milli zəminli hərəkatların dirçəlişi fonunda səpələnmiş halda yaşayan erməni ziyalıları arasında milli dövlətçilik ideyaları baş qaldırmışdı. Bu ideyada ermənilərin yaşadıqları bütün yerləri vətən saymaq prioriteti əsas götürülürdü.

Bir məqamı vurğulamaq lazımdır ki, erməni ziyalılarının hansısa yeri vətən saymaları yalnız yaşamaq anlamı daşımamış, separatçılıq motivlərinə əsaslanmışdı. İmperialist dairələr məhz bu xarakteri, yəni xəstəliyi duymuş və ondan öz maraqları naminə yararlanmağa başlamış, “böyük Ermənistan” ideyasını “qidalandırmaq” yolu tutmuşdular.

Hər halda, “böyük Ermənistan” üçün böyük qurbanlar da olmalı idi. Buna görə erməni toplumu üçün faciə ssenarisi uyduruldu. Bu mənada, qondarma “erməni soyqırımı” kimi sərsəmliyin mövcudluğundan xəbərdarıq. Başqa cür mümkün deyildi. Hay toplumu imperialist qüvvələrin mənfur planlarında alətə çevrildiyindən, həmin planların reallaşmaması fonunda zərbənin bu topluma dəyməsi qaçılmaza çevrilməli idi və çevrildi də. Axı sadə məntiq var: sən kiməsə nə isə pislik edirsənsə, mütləq cavabı olacaq.

Hazırda Baş nazir Nikol Paşinyan çıxışlarında erməni xalqının daha mübarizə aparmamalı, rahatlıq və rifah içində yaşamalı olduğunu vurğulayır. O, ermənilərin vətən axtarışının sona çatdığını və obrazlı desək, onların artıq dayanacaq yerinə ehtiyac duymadıqlarını bildirərkən keçmişin acı yaşantılarına əsaslanır. Yəni Baş nazir “böyük Ermənistan” avantürasının heç vaxt rahatlıq və dinclik vermədiyini anlayır və “real Ermənistan” ideyası üzərində məhz bu səbəbdən dayanır.

Sonda ümumiləşdirmə apararaq onu da deyək ki, Ermənistanda həftəsonu keçiriləcək parlament seçkilərinin ideoloji mahiyyəti erməni xalqının məhz “real Ermənistan”la “böyük Ermənistan” arasında seçimidir. Hay toplumu “böyük Ermənistan”ın hansı bəlalara gətirib çıxardığının, o cümlədən 44 günlük müharibə ilə necə böyük acılar yaşatdığının fərqinə varmalıdır. Fərqinə varmalı və düzgün seçimini etməlidir. Əks halda...

Ə.CAHANGİROĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyun 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri