Icma.az
close
up
RU
“Böyük Ermənistan” uçurumu

“Böyük Ermənistan” uçurumu

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

“Krunk”, “Miatsum”, “Artsax” dərsləri oxuyanlar Bakıda “imtahan” verirlər

60-70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam.

Heydər ƏLİYEV,
Ümummilli lider

Təqvimi vərəqləyərkən qarşıma çıxan tarixi faktlardan biri də 1988-ci il sentyabrın 17- də Xankəndidə azərbaycanlıların əmlakına, var-dövlətinə qarşı başlamış talanlar, qarət və haqsızlıqlar haqqında yazılanlar oldu. Bu az kimi ertəsi gün şəhərin baş meydanında (Mən bu ilin may ayında həmin meydanda özümü dünyanın ən xoşbəxt insanlarından biri kimi hiss edirdim) separatçıların ilk və kütləvi aksiyası keçirilmişdi. Həmin köhnə xəbər barədə bir neçə cümlə yazmaq istəyirdim ki, kütləvi informasiya vasitələri Xankəndidən ən yeni hesab etmək olan bir xəbər yaydılar: “Sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini – 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviçin insident törətmək cəhdinin qarşısı alınıb”.

Tragikomediyadır. Bu adamlar belə təfəkkürlə hara qədər gedə bilərlər? Hara qədər gedə bilərdilərsə, getdilər və dünyanın hər yerindəki himayədarlarının min bir cəhdinə baxmayaraq, tuta bildikləri divar qurtardı... və başbilənlərinin, “liderlərinin” hamısı Bakıya gətirildi. “Krunk” (Durna) dünya erməniliyinin böyük xülyalara doğru uçuşunun pərən-pərənliyinə şahidlik etməli oldu, “Miatsum” (Birlik) ümumerməni ideologiyasının parçalanmasına “tamaşa edərək” dağıldı, “Artsax” gorbagor edildi, “Böyük Ermənistan” isə baş nazir Nikol Paşinyanın dediyi kimi “real Ermənistan”ın sərhədləri içərisinə yığışdırıldı.

Yəni Azərbaycan Prezidenti İlham Əliyev və şanlı Ordumuz erməni ideoloqlarının – təbii ki, çoxsaylı himayədarların dəstəyi ilə – əsrlərdən bəri reallaşdırmaq istədikləri anti-Azərbaycan, anti-türk planları tamamilə alt-üst etdi. İndi “Real Ermənistan”ın tarixində 2020-ci il noyabrın 20-də imzalanmış kapitulyasiya aktı da var, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli sənədlər də. Yəni bundan sonra dikbaşlıq, yekəxanalıq etməyə nə haqqları var, nə də imkanları. Beyinlərinə elə fikir gələrsə, başlarına endiriləcək “Dəmir yumruq” hazırdır.

O ki qaldı yuxarıda xatırlatdığımız 17 sentyabr 1988-ci il talanlarına və 18 sentyabr “Ümumarsax” siyasi aksiya”sına, birmənalı olaraq deyə bilərik ki, haylar Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasını iki əsr boyu çalışıb çata bilmədikləri arzularına yetmək üçün böyük şans bilmişdilər. Bu barədə tarixi mənbələrdə qeyd edilir ki, 1987-ci il oktyabrın 21-də Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyan Parisdə “İnterkontinental” hotelində müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürmüşdü. Bunun ardınca – noyabrın 18-də həmin Aqanbekyanın qərəzli müsahibəsi “L’Humanite” qəzetində çap olunmuşdu. Bu müsahibə ermənilərin Dağlıq Qarabağa dair ərazi iddialarının başlanması üçün bir siqnal rolunu oynayırdı.

O vaxtkı Kreml rəhbərlərinin yeritdiyi milli ayrı-seçkilik siyasətindən və xüsusən, ermənipərəst mövqeyindən ruhlanan İrəvan rəsmiləri Xankəndini “ayağa qaldırmaq” üçün ən iyrənc addımları belə atmaqdan çəkinmirdilər. 1988-ci il sentyabrın 17-də Xankəndidə başlanan kütləvi basqınlar və azərbaycanlıların var-dövlətinin talan edilməsi, şəhərin azərbaycanlı məhəlləsində onlarla evin yandırılması, partlayış və qırğınlar törədilməsi də bilavasitə Moskvanın xeyir-duası ilə reallaşdırılmışdı. Bu faktı SSRİ rəhbərliyinin sentyabrın 21-də Xankəndidə xüsusi vəziyyət elan etməsi də təsdiqləyirdi. Çünki Kremldəkilər bilirdilər ki, sentyabrın 21-dək yüzlərlə azərbaycanlı ailə öz ev-eşiyindən didərgin düşmüş və çoxsaylı cinayətlər törədilmişdi. Moskvada oturanlar azərbaycanlıların qisas almasından qorxurdular. Onlara ədalətin bərqərar edilməsi yox, azərbaycanlıların Xankəndidən qaçıb getməsi lazım idi.

Bildirilir ki, ermənilər yerli sakinlərin Qarabağdan didərgin salınması məqsədiylə Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etmişdilər. Hələ fevralın 20 -də Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlanmış, iki gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndinə yürüş etmişdi. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsilmiş, baş verən qarşıdurmada iki azərbaycanlı gənc qətlə yetirilmişdi.

Əlavə edilir ki, azğınlaşmış ermənilər havadarlarına arxayın olaraq, cinayət əməllərin miqyasını günü-gündən artırmağa başlamışdılar. Hətta 1988-ci il sentyabrın 18-i tarixə növbəti erməni vəhşiliklərinin törədildiyi gün kimi yazılmışdı. Həmin gün silahlı ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə hücum etdilər. Evlərə basqın əvvəlcədən planlaşdırıldığından azərbaycanlıların ev telefonları da kəsilmişdi. Xankəndi şəhər daxili işlər şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi mayor Şahbazyanın başçılığı ilə ayrı-ayrı silahlı qruplar azərbaycanlıların yaşadıqları evləri nəzarətə götürmüşdülər. Bu cinayətkar qrupların ilk tapşırığı azərbaycanlıların evlərinin yandırılması idi. 18 sentyabr tarixində, ümumilikdə, Xankəndi şəhərində 63 ev yandırılmışdı. İki gün ərzində şəhərdə 270-dən artıq ev qarət olunmuşdu. Vəziyyətin gərginləşməsini, hadisələrin məcrasından çıxmasını görən Moskva Xankəndidə komendant saatının tətbiq edilməsi barədə qərar qəbul etmişdi. Bildirilir ki, gərginlik azalsa da, bu müvəqqəti hal idi. Sonrakı hadisələr də sübut etdi ki, həmin günlər Xankəndidə yaranmış nisbi sakitlik şəraitində ermənilər yeni işğalçılıq planları qurublar.

Ancaq zaman sübut etdi ki, hansı planı, necə, kimin köməyi, kimin məsləhəti ilə qurmalarından asılı olmayaraq, separatçıların, terrorçuların və işğalçıların bütün planları darmadağın edildi və Azərbaycan xalqı 2020-ci ildə öz tarixinin ən böyük Zəfərinə imza atdı. Bu gün Xankəndi başda olmaqla, Qarabağ və Şərqi Zəngəzur sözün həqiqi mənasında yenidən qurulur, cənnətə çevrilir. İndi artıq elə bir ay olmur ki, cənab Ali Baş Komandanımız İlham Əliyev Qarabağın və ya Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinə getməsin, hansısa açılış və ya təməlqoyma mərasimində iştirak etməsin.

Ən başlıcası, cənab Prezident öz ata-baba ocağına qayıtmış keçmiş məcburi köçkünlərlə görüşlərin hamısında, hamıya, dəfələrlə deyir ki, siz burada əbədi yaşayacaqsınız.

Bəli, bu qətiyyətə, həqiqətə keçmiş köçkünlər də inanır, bütün xalqımız da, dünya ictimaiyyəti də. Elə olmasaydı, dünyanın ən güclü dövlətlərinin rəhbərləri Azərbaycan Prezidentini bu münasibətlə təbrik etməzdilər.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri