“Omoniya” klubu Sami Mmae ilə bağlı mövqeyini açıqladı
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ” klubunun müdafiəçisi Sami Mmaenin Kiprə transfer olunacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
İdman.Biz xəbər verir ki, bu barədə futbolçunun adının hallandığı “Omoniya” klubu bəyanat yayıb.
Klub bildirib ki, son günlər müdafiəçi ilə maraqlandıqları barədə yayılan xəbərlər doğru deyil və hazırda onunla bağlı hər hansı danışıqlar aparılmır. Hətta qeyd olunub ki, komanda ümumilikdə heç bir futbolçunun transferi ilə məşğul deyil.
Qeyd edək ki, Sami Mmae intizam qaydalarını pozduğuna görə “Qarabağ”ın əsas heyətindən kənarlaşdırılıb və hazırda əvəzedici komandada çıxış edir. O, mövsüm bitən kimi icarəyə götürüldüyü Zaqreb “Dinamo”suna qayıtmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 24 Mart 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















