Qarabağ braziliyalı hücumçudan əlini çəkdi SON DƏQİQƏ
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
“Qarabağ” Andre Klovisin xidmətindən imtina edib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu lə anlaşma əldə olunmayıb.
27 yaşlı cənubi amerikalının tələbləri Azərbaycan çempionunun gözləntilərinin üstünə çıxdığından, danışıqlar bir yerdə dayanıb, irəliləməyib. Və tərəflərin növbəti dəfə dəyirmi masa arxasına əyləşməsi ehtimalı artıq tamamilə "əriyib".
O, ötən mövsüm Portuqaliyanın ikinci liqasında çıxış edən “Akademiko Viseu”da forma geyinib. Burada 33 oyun keçirən forvard 7 dəfə fərqlənib, 5 məhsuldar ötürmə edib.
Braziliyalı karyerası ərzində Portuqaliyanın “Eştoril”, ölkəsinin “İnter” kimi klublarında da tər töküb. (Sportinfo.az)
saytlarin hazirlanmasi
“Qarabağ”la “Neftçi” braziliyalı müdafiəçi ilə maraqlanır SON DƏQİQƏ
28 Yanvar 2025 22:18
Qarabağ Andradeni saxlamadı SON DƏQİQƏ
08 İyun 2025 14:20
SON DƏQİQƏ! “Qarabağ” braziliyalı hücumçu ilə anlaşdı Avstriya toplanışına qatılacaq
30 İyun 2025 23:57
Qarabağ yeni stoperlə anlaşdı SON DƏQİQƏ
23 Dekabr 2024 16:19
Qarabağ növbəti ayrılığın biraddımlığında… SON DƏQİQƏ
14 Fevral 2025 16:15

