Icma.az
close
up
RU
“Qarabağ” bu gün təkcə “Tvente” ilə mübarizə aparmayacaq AÇIQLAMA

“Qarabağ” bu gün təkcə “Tvente” ilə mübarizə aparmayacaq AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" komandası ilə cavab matçına çıxacaq.

Redaktor.az-a danışan idman jurnalisti Natiq Muxtarlı qeyd etdi ki,  "Tvente" ilə səfər oyununda arzuladığımız "Qarabağ"ı görə bildik:

"Heyətdə zədəlilərin, çatışmayan futbolçuların olmasına baxmayaraq, "Tvente"yə oynamaq imkanı vermədi. Bütün oyuna nəzarət etdi, hakim oldu. Ağıllı, səbirli, müdafiədə, yarımmüdafiədə və hücumda balanslı oyun göstərib ələ düşən imkandan da yararlandılar və qələbə ilə qayıtdılar. Amma Bakıdakı oyunda belə olmayacaq. Birincisi, "Tvente" Bakıya qələbə ardınca gələcək, bu, birmənalıdır. Deməli, səfərdəki oyundan daha artıq güc sərf etmək lazım olacaq "Qarabağ"a. Amma yenə də bu, "Qarabağ" üçün ən böyük problem deyil. Mənə görə, "Qarabağ" üçün bu gün ən böyük problem stadionun ot örtüyü olacaq. İki gün əvvəl bu stadionda 120 dəqiqə "Sabah" ilə İsrail komandası arasında oyun olub. Stadionumuzun ot örtüyünün də vəziyyətinin yaxşı olmadığını görürük və daha bərbad vəziyyətə düşüb.

"Qarabağ" isə texnikalı komandadır və bu komanda xalça kimi stadionu sevir, yəni hamar stadionda oynamağı sevir. İndi Respublika stadionunun ot örtüyünün iki gün ərzində, heç iki gündən də bir qədər az vaxt qalır, o vəziyyətə necə çatdırılacağını mən düşünmürəm. Təbii ki, ot örtüyündə ciddi problemlər olacaq və bu da "Qarabağ"ın düşmənidir. Yəni bu ot örtüyünün belə vəziyyəti "Qarabağ"a problem yaradacaq. Məni ən çox qorxudan Respublika stadionunun ot örtüyünün vəziyyəti olacaq. "Qarabağ" təkcə "Tvente"yə qarşı mübarizə aparmayacaq, "Qarabağ" həm də ot örtüyünə qarşı mübarizə aparacaq. Amma yenə də ümid edək ki, oyun keyfiyyəti istənilən səviyyəyə çatıb, yəni bizim arzuladığımız ideal səviyyədə olmasa, müəyyən səviyyəyə çatsın. Bunu səfər oyunu göstərdi. "Qarabağ"ın təcrübəsi bu problemi həll etməyə yetəcək. Səfərdən 1:0 hesablı qələbə ilə qayıtmışıq, bu, üstünlükdür. Böyük üstünlük deyil, üstünlükdür. Çünki "Tvente" bir qol vurmaqla orada, belə deyək də, balansı tarazlaşdıra bilər. Amma "Qarabağ" təcrübəsi hesabına, oyunçuların yüksək ustalıq səviyyəsi hesabına bu problemi həll edəcək".

Onun sözlərinə görə, ələ düşən imkanlar olacaq, şanslar yenə də olacaq, o şanslardan maksimum yararlanmaq lazımdır:

"Yenə də heyətdə çatışmazlıqlar var, bu, birmənalıdır. Amma bütün hallarda biz səfər oyununda gördük ki, o çatışmazlıqlara rəğmən "Qarabağ" "Tvente" ilə mübarizə aparmağa qadirdir və hətta qalib gəlməyə qadirdir. Ona görə də bugünkü oyunda "Qarabağ"ın üzərinə ikiqat, üçqat güc düşəcək. Həm "Tvente" daha artıq güc sərf edəcək, deməli, sən daha çox meydanda qaçmalısan, meydança amilini də əsas problem kimi götürək. Bu problemin öhdəsindən gələ bilsə "Qarabağ", biz Avrokubokların qrup mərhələsində ikinci Azərbaycan komandasını görəcəyik. Mən inanıram ki, elə belə də olacaq. Çünki "Qarabağ" "Tvente"dən üstün, təcrübəli komanda olduğunu səfər oyununda göstərib. İndi qalır bunun davamını Bakıda gətirmək. "Qarabağ"dan asılı olmayan problemləri belə həll edib "Tvente"ni məğlub edib, mübarizədən kənarlaşdırmaq lazımdır.

Niyə "Qarabağ"dan asılı olmayan problemlər deyirəm? Çünki ölkəmizdə Avrokubokların, Çempionlar Liqasının oyunlarını keçirəcək başqa bir stadionumuz yoxdur, Respublika stadionundan başqa. Bax, bu, bizim faciəmizdir. Biz illərdir bunu deyirik ki, ölkədə infrastruktur qurulmalıdır. Təsəvvür edin, Bakıda Çempionlar Liqasının oyununu keçirməyə stadion tapılmırsa, gör, nəinki Azərbaycanın bölgələrində vəziyyət necədir. Çempionatın komandası Çempionlar Liqasının əsas mərhələsində iki il dalbadal oynayır. Biz "Qarabağ"dan indi tələb edirik ki, Konfrans Liqasının qrupunda da mərhələ adlamalısan ki, iki komandamız Avrokuboklarda olsun. Necə olur? Bu infrastrukturlarla bunu necə reallaşdırmaq olar? Deməli, infrastruktur qurulmalıdır. Uşaq futbolundan başlayaraq böyük futbola qədər bütün sahələrdə və təkcə Bakıda yox, həm də bölgələrimizdə. Ona görə bunu "Qarabağ"dan asılı olmayan problem kimi qeyd edirəm. "Qarabağ" özündən asılı olmayan problemlərin öhdəsindən gəlsə, təbii ki, "Tvente"ni keçəcək. Çünki oyun planında, ayrı-ayrı futbolçuların hətta fərdi ustalığı planında "Qarabağ" "Tvente"dən üstün komandadır və inşallah da "Tvente"ni keçəcək".

Müsahibimiz vurğuladı ki, sadəcə, stadion problemi var:

"Biz bunu dəfələrlə görmüşük, əvvəlki illərdə də görmüşük. "Qarabağ" öz meydançasında niyə həmişə zəif çıxış edir, səfərdə yaxşı oynayır? Çünki səfər stadionları daha keyfiyyətlidir. Yüksək keyfiyyətli olduğu üçün "Qarabağ" özünü orada çox rahat hiss edir və səfərdən yaxşı nəticə ilə gəlir. Amma öz meydançamızda həmişə "Qarabağ" əksər vaxtlarda büdrəyib. Bu, birbaşa stadion amilinə bağlıdır. Çox təəssüf ki, bizdə hələ də Avropa standartlarına cavab verən stadionlar yoxdur. Stadionlar deyirəm, heç stadion yoxdur. Bax, budur problem. Ümid edək ki, "Qarabağ" o problemin də öhdəsindən gələcək və qrup mərhələsinə vəsiqə qazanacaq. Çünki oyun planında, Avrokubokların əvvəlindən "Qarabağ"dan gözlədiyimiz oyunu məhz "Tvente" ilə səfər oyununda gördük. Bunun davamı gəlməlidir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Avqust 2026 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see328

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see322

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see320

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see292

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see287

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see279

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see263

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see254

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see253

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see237

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see231

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see212

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see200

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see191

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see180

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri