“Qarabağ” “Tvente” oyunu: Favorit kimdir? AÇIQLAMA
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu axşam UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” Niderlandın “Tvente” klubunun qonağı olacaq.
Redaktor.az-a açıqlama verən idman jurnalisti Natiq Muxtarlının sözlərinə görə, komandaların indiki vəziyyətini nəzərə alsaq, təbii ki, favorit “Tvente”dir:
"Çünki “Qarabağ”da yenilənmə getdiyi üçün hələlik komanda öz oyununu tapa bilmir. Üstəlik, heyətdə xeyli zədəli oyunçu var və bu zədə sindromu “Qarabağ”ın ənənəvi sindromudur. Hər il komandada belə zədələr baş verir və bunun səbəbi mənə görə araşdırılmalıdır. Ya fiziki yükləmələr həddindən artıq çox olur, ya da tibbi heyət düzgün işləmir ki, bu futbolçular belə tez-tez zədələnirlər. Həm yenilərdən zədələnən var, həm də heyətdə əvvəlki futbolçulardan, məsələn, Elvin Cəfərquliyev zədələnib, zədələnənlər var. Bu məsələ mənə görə araşdırılmalıdır, çünki “Qarabağ”da futbolçular çox tez-tez zədələnirlər. Bunun səbəbi mütləq tapılmalıdır. Stadionlarımız süni örtüklüdür. Bu süni örtük də zədələrə gətirib çıxarır və bu da “Qarabağ”a ciddi təsir edir.
“Tvente” ilə oyun ərəfəsində bir neçə futbolçunun zədələnməsi, təbii ki, “Qarabağ”ı “Tvente” qarşısında aciz vəziyyətə salır. Ona görə də mənə görə oyunun favoriti “Tvente”dir. Üstəlik, “Qarabağ”ın builki oyun performansını nəzərə alsaq, bu aşkar görünür. Amma biz dəfələrlə görmüşük ki, “Qarabağ” favorit olmadığı oyunlarda çox asanlıqla qələbə qazanıb. 12 il ərzində avrokubokların qrupunda oynamış bir komanda olaraq biz dəfələrlə belə qələbələr görmüşük. “Dinamo Kiyev”lə oyundan əvvəl də demişdim ki, “Qarabağ”da partlayış olmalıdır. Düzdür, “Dinamo Kiyev” səddi keçildi, amma o oyun, o oyun deyildi. Yəni bizim gözlədiyimiz o partlayışı biz orada görmədik. Sadəcə, “Qarabağ” təcrübəsinin hesabına “Dinamo”nu üstələyə bildi. Amma indi “Tvente” ilə oyunda o təcrübə yetəcəkmi? Mənə görə, yox. Yəni burada mütləq qol vurmalısan, oyuna nəzarət etməlisən ki, “Tvente”ni keçə biləsən. Üstəlik, indi “Tvente” də yaxşı durumdadır. Mənim izlədiyimə görə, yaxşı durumdadır. Amma “Qarabağ”ın da xeyli çatışmazlıqları var".
Onun sözlərinə görə, yenə də nikbin olmaq lazımdır, çünki “Qarabağ” bizi həmişə təəccübləndirib. Bu, Konfrans Liqasının qrupu üçün son addımdır:
"Əgər bu son addım keçilsə, mən elə bilirəm, qrupda artıq o problemlər tədricən həll olunacaq. Çempionat da başlayır, oyunçular yavaş-yavaş oyun performansını tapacaqlar, yenilər komandaya adaptasiya olacaqlar, kimin nəyə yaradığı tam bəlli olacaq. İndiki halda Qurban Qurbanov heç cür optimal heyəti formalaşdıra bilmir. Çünki sən 11 oyunçu ilə oynayırsan, gələn oyun sənin artıq iki oyunçun zədəlidir, sən mütləq hansısa dəyişikliyə getməlisən. Təbii ki, bu da həm xətlər arasındakı əlaqəni, həm də oyun keyfiyyətini aşağı salır. Üstəlik, sistemi də dəyişməyə məcbur olursan. Hansısa oyunçunu öz mövqeyində yox, başqa mövqedə oynatmağa məcbur olursan.
Bütün bu problemləri nəzərə alsaq, “Qarabağ”ın “Tvente” ilə oyunda işi çox çətin olacaq. Amma yenə də mən ümid edirəm ki, “Qarabağ” təcrübəsindən istifadə edəcək və ən azı Bakıya sərfəli nəticə ilə dönəcək ki, oyunun taleyini Bakıda həll edə bilsinlər. Sözsüz ki, çətin oyun olacaq. Burada vuruşmaq lazımdır, mübarizə aparmaq lazımdır. Bu “Tvente” “Dinamo Kiyev” deyil, aşkar şəkildə “Dinamo Kiyev”dən qat-qat səviyyəli komandadır. Deməli, “Qarabağ” iki qat, üç qat qüvvə ilə mübarizə aparmalıdır. Durumu, heyəti, zədələri, oyun keyfiyyətini nəzərə alsaq, təbii ki, Hollandiya təmsilçisi birmənalı olaraq favoritdir. Amma güman edək ki, “Qarabağ” yenə də bizi yaxşı mənada yanıldacaq və o favorit komandanı məğlub edəcək".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 20 Avqust 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















