Samir Əliyev Qarabağ Tvente mübarizəsindən nə gözləyir? AÇIQLAMA
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" dünən Bakıda Ukrayna komandasını 2 cavabsız qolla yenərək növbəti mərhələyə yüksəldi və "Tvente"yə rəqib oldu.
Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "köhlənlər"in dünənki oyunu, eləcə də "Tvente" ilə qarşıdakı görüşlər barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Birinci oyunla müqayisə etsək, "Qarabağ" öz azarkeşləri önündə daha yaxşı futbol sərgilədi. Hamımız bilirik ki, təmsilçimizin heyəti yenilənib və yeni oyunçular hələ uyğunlaşma dönəmini tamamlamayıblar. Bu, normal bir haldır. Adətən belə olur. Görünən budur ki, "Qarabağ" oyundan-oyuna "artırır". Qarşıdakı matçlarda istədiyimiz "Qarabağ"ı görə bilərik.
"Tvente" Azərbaycan komandası üçün tanış rəqibdir. Daha öncə avrokuboklarda iki dəfə üz-üzə gəliblər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk dəfə məhz "Tvente"ni üstələyərək (0:0,1:1) qrupa düşmüşdü. Açığı, Niderland komandasının indiki performansı barədə dərin məlumatım yoxdur. "Tvente" böyük futbol ölkəsini təmsil edir, öncəki rəqibini də böyük üstünlüklə keçib. Amma "Qarabağ"da "Qarabağ"dır, böyük Avropa təcrübəsi var. Bizi maraqlı oyunlar gözləyir. İlk oyununa Niderlandda çıxacaq "Qarabağ"ın iki matçın nəticəsinə görə qələbə qazanacağına və iki Azərbaycan komandasını avrokubokların əsas mərhələsində görəcəyimizə ümid edirəm".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 14 Avqust 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















