Icma.az
close
up
RU
Qarabağ bu sahədə də qazandıracaq

Qarabağ bu sahədə də qazandıracaq

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

2025-ci il iyulun 23-dən etibarən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfərinə icazə verilib.

Bununla bağlı Dövlət Turizm Agentliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, qeyd edilən imkan 90 gün müddətinə qədər Azərbaycana səfər edən, həmçinin ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan xarici vətəndaşlara şamil olunur. Fərdi minik avtomobilləri ilə adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşları “Yolumuz Qarabağa” portalı üzərindən icazə almaqla səfərlərini reallaşdırmaq imkanı əldə edə bilərlər. 

Portalda xarici ölkə vətəndaşlarının pasport məlumatlarının daxil edilməsi üçün müvafiq pəncərələr yaradılıb, əlçatanlığı təmin etmək üçün portalda ingilis və rus dillərində funksionallıq təmin olunub. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. 

Xarici ölkələrin vətəndaşları, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. Bununla yanaşı əcnəbilər işğaldan azad edilmiş ərazilərə qrup halında da səfər edə bilərlər. 

Qrup turları – Turizm Reyestrində turoperator kimi qeydiyyatdan keçmiş turizm şirkətləri tərəfindən həyata keçiriləcək. Həmçinin adları çəkilən ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar. Rəsmiləşdirilən icazələr 5 gün müddətində etibarlı olacaq. 

Qeyd edək ki, ölkədə turizmin inkişafı üçün müxtəlif layihələrin reallaşmasına ehtiyac var. Onlardan biri də məhz Qarabağa turist səfərlərinin təşkilidir. Səfər çərçivəsində turistləri hansı yeniliklər gözləyir, təxminən nə qədər turistin səfəri proqnozlaşdırılır və bu səfərlərin genişləndirilməsi nəzərdə tutulurmu? 

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən “Cümhuriyət”-in sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən ərazilərə səfər etmək istəyən xarici ölkələrin vətəndaşlarının fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikasını dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun, sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün nəzərdə tutulan minik avtomobilləri nəzərdə tutulur: 

“Ərazilərin əlçatanlığını təmin olunması məqsədilə müvafiq dövlət orqanları tərəfindən ərazilərin yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir. Xarici ölkə vətəndaşları qeyd olunan ərazilərə səfər edərkən Bərdə-Ağdam-Xocalı-Xankəndi-Şuşa-Laçın, Zəfər yolu, Füzuli-Ağdam və Füzuli-Şuşa istiqamətlərində salınan yollardan istifadə edə bilərlər. Hazırda Şuşa şəhərində 4 ədəd, Xankəndi şəhərində 13 ədəd, Ağdam rayonunda 2 ədəd və Laçın şəhərində 4 ədəd hotel turistlərin xidmətindədir”. 

Turizm üzrə ekspert Cabir Dövlətzadə isə bildirib ki, bu proses Azərbaycan turizm iqtisadiyyatında, ölkənin tanınmasında mühüm rol oynayacaq: 

“Çünki Qarabağ hələlik yaxından tanınmayan zonadır. Yəni turistlər tərəfindən tanınmayan zona olduğu üçün ciddi maraq kəsb edəcək. Ancaq onun turizm şirkətləri tərəfindən həmin zonanın ciddi işıqlandırılması və gələn turistlərin oraya gedişinin təmin olunması lazımdır. 

Çünki yeni məlum olan bu məsələ ilə bağlı turistlərin nə dərəcədə məlumatlı olması sual altındadır. Turizm şirkətlərinin bu barədə məlumatı portala yerləşdirməsi, turistlərin oraya təhlükəsiz səfərinin təşkil edilməsini üzərinə götürməsi və sığortalanması lazımdır. Çünki onlar xarici turistlərdir və ölkəyə gəlib geri dönərkən ölkənin tanıdılması ilə məşğuldurlar. 

Onlar səfər zamanı təhlükəsiz marşrutla, güclü tur rəhbəri, yaxşı təchiz olunmaz nəqliyyat vasitəsilə oraya getməli və oranı kəşf edib geri dönməlidirlər. Təbii ki, oraya açılan reyslər, hava limanları var. Hava limanlarını necə istifadə etmək və ya onları necə təbliğ etmək olar, bu geniş mövzudur. Çünki mütəmadi olaraq turist səfərlərinin başlaması və davam etməsi qısa müddətin məsələsi deyil”. 

Ekspert bildirib ki, bu, uzun müddətdə reallaşa bilər: 

“Çünki portal işləri müəyyən dərəcədə çətinləşdirir. Asan odur ki, ölkəyə turistlər necə vizasız, anında giriş edirlərsə, o şəkildə gəlməsi də təbii şəkildə axının güclənməsinə zaman-zaman şərait yaradacaq. Ancaq professional tur şirkətlərinin bu işi planlı, düzgün şəkildə etməsi lazımdır ki, həmin marşrutlara turistlərin bilavasitə rəğbəti olsun və qarşıdakı dövrdə bu, axının güclənməsinə gətirib çıxarsın”. 

Nigar Abdullayeva 
​​​​​​"Cebheinfo.az"

Açar sözlər: Qarabağ Turist portal

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri