Icma.az
close
up
RU
Dünyanın ən böyük hokkey muzeyindən REPORTAJ

Dünyanın ən böyük hokkey muzeyindən REPORTAJ

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kanada buzüstü hokkeyin vətənidir. Bu ölkədə hər ana doğulan körpəsinin bu məşhur idman növündə oynamasını arzulayır. Bu oyunun tarixinə və şöhrətinə görə 80 ildən çoxdur ki, Ontario bölgəsinin paytaxtı Torontoda Beynəlxalq Hokkey Şöhrət Zalı (IHHOF) fəaliyyət göstərir. Bu, dünyanın ən böyük hokkey muzeyidir.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Muzeyin Torontoda açılması buz üzərindəki bu məşhur oyunun ilk dəfə məhz bu şəhərdə oynanması iddiası ilə bağlıdır.

Təcrübəli turistlərin fikrincə, Kanadaya səfər etmək və Torontoda Hokkey Şöhrət Zalına baxmamaq ən azından qəbahətdir.

Uşaqlıqdan hokkey həvəskarı olduğumdan mən də Kanadaya səfərim zamanı bu fürsəti əldən vermədim.

Hər il 300 mindən çox azarkeş

Muzey ilk andan nəinki oyunun pərəstişkarlarını, hətta ən laqeyd ziyartəçiləri belə ovsunlayır. Xüsusilə sovet dövründə böyümüş insanlar bu məkandan zövq alırlar. Bəzi dəhlizlər uşaqların həyətlərdə disk (şayba) vurduqları və oyunun sovet əfsanələrinin ekranda parladığı dövrün atmosferini real şəkildə əks etdirir.

Hokkey Şöhrət Zalı mürəkkəb bir tarixə malikdir. İlk ziyarətçilərini qarşılamazdan əvvəllər sadəcə bir ideya olaraq mövcud olub.

1939-cu ildə ABŞ-də Milli Beysbol Muzeyi və Beysbol Şöhrət Zalı açıldıqdan sonra "niyə bizdə olmasın?" deyə Kanadada Hokkey Şöhrət Zalının yaradılması ideyası formalaşıb. 1940-cı ilin dekabrında "Montreal Gazette" ilk dəfə "mifik hokkey şöhrət zalı"ndan bəhs edib.

Əfsanəvi "Hokkey Şöhrət Zalı" ilk olaraq 1943-cü ildə Kinqstonda açılıb. Bir neçə ildən sonra isə Torontoya köçürülüb. Sərgi əvvəlcə sərgi kompleksində yerləşib, lakin 1990-cı illərdə xeyli genişlənib və Yonge küçəsində yeni ünvan tapıb. Yeni hokkey qəhrəmanları meydana çıxdıqca muzey öz kolleksiyasını genişləndirib.

Hazırda Hokkey Şöhrət Zalının sahəsi heyrətləndiricidir. Muzeyin ümumi sahəsi ən böyük hokkey meydançasından iki dəfə böyükdür. Bu geniş məkan 15 sərgi salonuna bölünür. Ziyarətçilər muzeyi buz üzərində oyun haqqında öyrənmək və eyni zamanda, əylənmək üçün ən yaxşı yer adlandırırlar. Muzey hər il 300 mindən çox hokkey azarkeşini cəlb edir.

Hokkeyçilər üçün şərəf yeri

Muzeyin girişində gələn qonaqları hokkeyçilərin heykəlləri qarşılayır. Ekspozisiyalardakı eksponatlar təkcə Kanada deyil, həm də Avropa hokkeyinin tarixinə həsr olunub. Dünyanın müxtəlif ölkələrindən, hətta Meksika, Mərakeş və Portuqaliya kimi ekzotik ölkələrdən hokkey artefaktları, kuboklar, xatirə lövhələri və milli komandanın eksponatları toplanaraq nümayiş olunur. Tanınmış hokkeyçilər burada təmsil olunmaqdan şərəf duyurlar. Divarlar ulduzları və çempionatlardan maraqlı məqamları əks etdirən fotoşəkillərlə doludur. Ziyarətçilərə hokkeyin yaranma tarixindən bu günə qədər tarixi ekskursiya təklif olunur.

Əfsanəvi Stenli Kuboku

Muzeydə 300-dən çox seçilmiş görkəmli hokkey xadimlərinə aid şəxsi əşyalar, mükafatlar və idman ləvazimatları nümayiş etdirilir. Təəccüblü deyil ki, kolleksiyada əsasən NHL (Milli Hokkey Liqası) oyunçuları çoxluq təşkil edir. Amma dünya hokkey ulduzları da diqqətdən kənarda qalmayıb. Onların adları fəxri lövhədə həkk olunub. Hər bir eksponat ətraflı təsvirlə müşayiət olunur. Vitrinlər dünyanın ən yaxşı oyunçuları və komandaları haqqında mühüm qələbələri əks etdirən fotoşəkillər və hekayələri təqdim edir. Qadın hokkeyi haqqında da maraqlı eksponatlar nümayiş olunur.

Hokkey Şöhrət Zalının əsas xəzinəsi onun NHL xatirə əşyaları və kubokları, o cümlədən əfsanəvi Stenli Kubokudur. Bu nüfuzlu kubok hər il NHL yarışlarının qalibinə verilir.

NHL zalının divarları bütün fəxri üzvlərin tərcümeyi-halı daxil olmaqla portretləri ilə örtülüb. Çempionlar Liqasının kubokları da ekspozisiyada nümayiş etdirilir.

NHL Zonasında həm keçmiş, həm də indiki hokkeyçilərin böyük sərgisi təqdim olunur. Burada liqanın ən məşhur oyunçularının və rekordlarının xatirələri yer alıb.

Muzeyin maraqlı eksponatlarından biri "Montreal Kanadiens" komandasının qapıçısı Jak Planta məxsus hokkey maskasıdır. O, 1959-cu ildə oyunun üçüncü dəqiqəsində burnunun sınmasından sonra maskadan istifadə edib və bu hadisədən sonra oyunda qapıçıların hokkey maskasından istifadəsinə icazə verilib.

"Qırmızı maşın"la rəqabət

Muzeyin ən maraq doğuran eksponatları SSRİ və Kanada yığmalarına aid nümunələrdir. Kanada yığmasının SSRİ-nin "Qırmızı maşın"ına qarşı yarışlarının videolarının nümayişinə hər il minlərlə tamaşaçı toplanır. SSRİ və Kanada komandaları arasında silsilə oyunlarla bağlı fotolar həm də nostaljidir. SSRİ yığmasının əfsanəvi qapıçısı Vladislav Tretyak, məşhur oyunçulardan İqor Larionov, Sergey Makarov, Aleksandr Mogilnı, Pavel Bure, Sergey Fyodrov və başqa hokkeyçilərin idman kostyumları, çubuqları, konkiləri o zaman bu oyunları izləyən azarkeşləri keçmişə aparır. Muzeydə əfsanəvi məşqçi Vyaçeslav Tixonov haqqında xüsusi guşə nümayiş olunur.

Bu zallarda vaxtaşırı müvəqqəti sərgilər keçirilir. Məsələn, məşhur Ueyn Gretski və ya Mario Lemyenin tarixi artefakt kolleksiyaları və nadir şəxsi əşyaları muzeydə sərgilənir.

Hər il noyabr ayında Şöhrət Zalı ənənəvi olaraq "Toronto Maple Leafs" və qonaq komanda arasında oyunla yekunlaşan induksiya mərasiminə ev sahibliyi edir.

Muzey hər bir ziyarətçi üçün maraqlı olan məzmun təklif edir. Ziyarətçilər Sidney Crosby və Carey Price-ın canlı ölçülü versiyaları da daxil olmaqla, bütün zamanların ən yaxşı qapıçıları və oyunçularının animasiya versiyaları ilə virtual dueldə yarışa bilərlər. Standart NHL arenasında soyunub-geyinmə otağının surətini ziyarət etmək, arzu edilən Stenli Kuboku da daxil olmaqla NHL kuboklarına baxmaq və foto çəkdirmək imkanı var.

Muzeyin mağazasında hokkey mallarının geniş seçimi təklif olunur. Muzeyə giriş üçün isə 25 Kanada dolları ödəmək lazımdır. Hər gün muzeyi minə yaxın insan ziyarət edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:276
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Oktyabr 2025 01:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri