Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əslində "Şkendiya"-''Qarabağ" oyununun nəticəsi gözlənilən idi. "Qarabağ"ın oyunu baxımından onu qeyd eləyə bilərəm ki, komandanın hələ də tam formaya düşmədiyi görünürdü və bu da gözlənilən idi. Çünki təlim məşq toplantısı təzə başa vurulmuşdu. Komanda hələ optimal formasını yığa bilməyib, buna səbəb cəmi 2 dənə rəsmi matç keçirməsidir.

Çempionatımız isə hələ gələn həftə başlayacaq. Ona görə də komandanın rəsmi oyun təcrübəsi baxımından problemi var. Məsələn, bundan əvvəlki rəqibimizdə İrlandiyanın komandasında belə bir problem yox idi, çünki onlarda çempionat yaz-payız sistemi ilə keçirilir və onlar artıq yetərincə oyun keçirmişdilər. Ona görə də dinamik görünürdülər.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında idman jurnalisti Kənan Məstəliyev bildirdi.

''Şkendiya'' da daha çox oyun keçirdib və onların oyun forması ən azı "Qarabağ"dan daha yaxşı idi. Bu baxımdan, "Qarabağ"ın ilk 45 dəqiqədə üstün oynaması, ondan sonra məcburən geri çəkilməsi və oyunun sonlarına yaxın artıq öz qapısına sıxılması və oyunun əks-hücumda keçirməsi normal və gözlənilən idi. Rəqib meydançasında istəkli, daha əzmkar, öz azarkeşinin gözü önündə qələbə qazanmaq istəyən məcbur olan bir komandanın təzyiqi ilə arxaya çəkilmək normaldır. "Qarabağ"ın ikinci hissədəki oyunu yaxşı qiymətləndirmirəm, mənfi qiymətləndirirəm amma bu da gözləniləndir"

Fərdi baxımdan getsək, bəzi oyunçular öz performanslarından çox aşağı oynadılar. Xüsusilə də Emanuel Addaini göstərə bilərəm. Fəallığı, atletikliyi, qaçmağı, sürəti var amma onun futbol biliyi, yəni, futbol görünüşü yoxdur. Yəni sadəcə fiziki atletik olaraq yaxşıdır, qaçır, çalışır amma faydalı iş əmsalı çox aşağıdır və mən düşünürəm ki, artıq yavaş-yavaş bu futbolçu ehtiyat oyunçular skameniyasına oturacaq.

Pedro Bikalyo da yeni transferdir, hələ də özünü göstərə bilmir. Onun da sürəti, atletik hazırlığı yerində olsa da, faydalı iş əmsalı çox aşağıdır. Zubir üç dənə real qol epizodunu qaçırdı. Nəriman Axunzadə iki dənə real təkbətək, yəni 100%-lik qol epizodunu qaçırdı. Yəni ümumilikdə götürəndə futbolçularımız əllərinə düşən imkanlardan hətta yarısını belə istifadə etsəydilər, hesab 1 yox 4-0 olacaqdı. Əlimizə düşən imkanlardan yararlana bilməməyimiz bizim mənfi tərəfimizdir.

"Şkendiya" gözlənildiyi kimi praqmatik futbol oynayan komandadır. Yəni, duruma uyğun olaraq oynayırlar, "Qarabağ"a imkan verdikcə hücum eləyə bilirlər, imkan vermədikcə isə hücum edə bilmirlər. Onların xüsusi taktikaları, oyun tərzləri, fəlsəfələri yoxdur. Duruma görə, şans varsa qapıya gələcəklər, zərbələr vuracaqlar, təhlükəli epizodlar yaradacaqlar. Yox, "Qarabağ" öz oyununu oynasa, öz dominatlığını ortaya qoysa rəqibin heç bir şansı yoxdur. Biz bunu birinci oyunda gördük".

İdman jurnalisti hesab edir ki, cavab görüşündə baş məşqçi Qurban Qurbanov baş verənlərdən nəticə çıxarmalı və bilməlidir ki, rəqib o qədər də güclü deyil, zəifdir. Yəni, ən azından bizdən zəifdir. Biz bu komandanı rahatlıqla uda bilərik. Bunun üçün nə etmək lazımdır? Optimal formada olan futbolçularımızı meydana çıxarmalıyıq. Məsələn, Yankoviçin gəlməyi yaxşı oldu.

"Çünki Yankoviç meydana çıxandan sonra Kadi Borges daha rahat davranmağa başladı. Özünə aid olmayan, az qala dayaq yarım müdafiəçi mövqeyindən daha önə çıxdı ki, bu da dayaq nöqtəsini daha da rahatlaşdırdı. Sadəcə Kadi artıq yorulmuşdu deyə lazımi formada fəaliyyət göstərə bilmirdi. "Şkendiya"nın heç bir şansı yoxdur. Biz "Şkendiya"dan daha güclü komandayıq və mən əminəm ki, biz turu keçən tərəf olacağıq", - deyə Kənan Məstəliyev vurğuladı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 07 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see477

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see460

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see440

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see313

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see309

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see301

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see279

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see261

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see255

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see246

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see238

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see231

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see219

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see212

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see210

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see207

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see205

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see199

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see183

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri