Icma.az
close
up
RU
Qarabağ: cəhənnəmdən cənnətə qayıdış

Qarabağ: cəhənnəmdən cənnətə qayıdış

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bu yolun üstündəki əsas maneə ermənilərin basdırdığı minalardır

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Sosial İnkişaf Komissiyasının 64-cü sessiyası çərçivəsində keçirilən iclasda çıxış edib. Səfir müasir münaqişələrin insanlara və cəmiyyətlərə vurduğu sarsıdıcı təsirləri vurğulayıb. Onun sözlərinə görə, münaqişələr yalnız xəritədə sərhədləri dəyişmir, həm də insanların ümidlərini və gələcək perspektivlərini məhv edir.   

Səfir bildirib ki, münaqişələr yalnız xəritədə sərhədləri dəyişmir, həm də insanların ümidlərini və gələcək perspektivlərini məhv edir. O, kütləvi köçkünlük, dərin humanitar böhranlar və gələcək nəsillərin məhdudlaşan inkişaf imkanlarını Azərbaycanın onilliklər boyu yaşadığı təcrübə ilə əlaqələndirib: “Təəssüf ki, müharibənin əsl qiyməti yalnız sərhədlərdə ölçülmür. O, uşaqların həyatına təsir edir, ailələri yerlərindən didərgin salır, arzuları isə gələcəklə birlikdə məhv edir,” – deyə səfir Musayev vurğulayıb.

Qeyd edək ki, uzun illər davam edən işğal dövrü Azərbaycanın sosial-iqtisadi həyatına sarsıdıcı zərbələr vurub, yüz minlərlə insanı məcburi köçkün vəziyyətinə salıb, şəhər və kəndləri xarabalığa çevirib. Musayevin çıxışı göstərdi ki, bu dağıntılar qarşısında dövlət yalnız məğlubiyyət hissi ilə dayanmaq məcburiyyətində deyil. Azərbaycan çətin imtahan qarşısında gələcəyə, sülhə və davamlı inkişafa yönəlmiş strateji yol xəritəsi qurub.

2020-ci ildən sonra işğaldan azad edilmiş torpaqlarda başlanan genişmiqyaslı bərpa və reabilitasiya proqramları, milli iradənin və həmrəyliyin təntənəsi səfirin çıxışında xüsusi vurğulanıb. Bu proses yalnız ərazi bütövlüyünün təminatı deyil, həm də illərdir tapdanan insan ləyaqətinin və sosial ədalətin bərpası yoludur.

Səfir bildirib ki, 2021–2025-ci illəri əhatə edən bərpa işlərinə Azərbaycan tamamilə öz daxili resursları hesabına 13,5 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Bu ilin dövlət büdcəsində Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün əlavə olaraq 3,5 milyard manat vəsait nəzərdə tutulub.

Ayrılan vəsaitlər yalnız dağıdılmış infrastrukturu bərpa etmək üçün deyil, həm də “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” zonası kimi müasir həyat məkanlarının yaradılmasına yönəlib. Bu yanaşma özündə sosial bərpa, ekoloji tarazlıq və texnoloji inkişafı birləşdirir. Artıq nəticələr görünür. Azad edilmiş ərazilərdə 70 minə yaxın insan yaşayır. 130 mindən çox insan dövlətin sistemli sosial dəstək proqramları ilə əhatə olunub. Yüzlərlə yeni iş yerləri yaradılır, sosial təminat genişləndirilir, təhsil və səhiyyə imkanları bərpa olunur. Bu tədbirlər insanların gələcəyə inamını artırıb.

Bərpa və yenidənqurma prosesi isə regionda uzunmüddətli sülh və sabitliyin möhkəmlənməsinə xidmət edir. İnsanların doğma torpaqlarına təhlükəsiz qayıtması, normal həyat və iqtisadi fəaliyyət imkanlarının yaradılması sosial gərginliyi aradan qaldırır və inkişaf üçün sağlam zəmin formalaşdırır.

***

Amma ciddi təhlükələr hələ də mövcuddur. Səfir çıxışında deyib ki, keçmiş işğal altındakı ərazilərdə basdırılmış təxminən 1,5 milyon mina və çoxsaylı partlamamış hərbi sursat var. Şübhəsiz ki, onlar insanların həyatına birbaşa təhlükə yaradır və bərpa prosesini ləngidir. Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim olunmaması vəziyyəti daha da ağırlaşdırıb. Bu, yalnız hərbi risk deyil, həm də sülh prosesinə, regional əməkdaşlığa və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş sistemli təzyiqdir.

Aydındır ki, Azərbaycan mina problemini lokal çərçivədən çıxararaq qlobal hüquqi və humanitar məsələ kimi gündəmə gətirir. Bu kontekstdə səfir, həmçinin müharibə nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin naməlum qaldığını xatırladıb və əlavə edib: “Münaqişələrin ağır nəticələri davamlı milli səylərlə yanaşı beynəlxalq əməkdaşlıq və həmrəyliyi zəruri edir ki, heç kəs kənarda qalmasın”.

Bununla bağlı politoloq Elməddin Behbud XQ-yə bildirdi ki, səfirin BMTnin Sosial İnkişaf Komissiyasındakı çıxışı beynəlxalq diplomatiya baxımından yüksək peşəkarlığın nümunəsidir: “Səfir yalnız Azərbaycanın dövlət mövqeyini təqdim etməklə kifayətlənmədi, eyni zamanda, müharibələrin yaratdığı sosial və humanitar fəsadları qlobal auditoriyanın diqqətinə çatdırdı. Faktlarla zəngin olan çıxışda statistik göstəricilər humanitar talelərlə, hüquqi arqumentlər isə beynəlxalq öhdəliklər və mənəvi məsuliyyətlə üzvi şəkildə birləşdirildi. Bu balans nitqin həm məzmun, həm də təsir baxımından yüksək effekt verməsini təmin etdi.

Musayevin tribundan çatdırdığı mesaj göstərdi ki, Azərbaycanın mövqeyi yalnız milli maraqlara yönəlmiş deyil, eyni zamanda, qlobal ictimaiyyət üçün nümunəvi modeldir. Sülh və təhlükəsizlik qarşılıqlı məsuliyyət, həmrəylik və insan amilinin mərkəzə qoyulması ilə mümkündür”. E.Behbud qeyd etdi ki, Azərbaycan bu gün nümayiş etdirdiyi siyasi iradə və praktiki təcrübə ilə aydın mesaj verir ki, sülh təhlükəsizlik və inklüziv inkişaf tək bir dövlətin gücü ilə təmin edilə bilməz: “Onlar yalnız qarşılıqlı əməkdaşlıq, beynəlxalq hüquqa hörmət və ortaq məsuliyyət anlayışı ilə möhkəmlənə bilər. Bu təcrübə həm də bütün dünya üçün nümunədir. Göstərir ki, postmünaqişə dövründə yenidənqurma və bərpa yalnız infrastrukturun tikintisi ilə ölçülmür, eyni zamanda, insan taleyinin, cəmiyyətin sosial toxumasının və ümumi rifahın bərpası ilə qiymətləndirilir. Azərbaycanın strategiyası sülh və inkişafı bir-birindən ayırmır, əksinə, onları bir-birinə bağlı, dayanıqlı və gələcəyə yönəlmiş prinsip kimi təqdim edir. Bu prinsip, həm yerli, həm də qlobal ictimaiyyət üçün aydın dərsdir: təhlükəsiz gələcək yalnız ortaq məsuliyyət və birgə hərəkət ilə mümkündür”.

Beləliklə, Azərbaycan postmünaqişə dövründə yalnız öz vətəndaşlarının təhlükəsizliyini təmin etməklə kifayətlənmir. Ölkə beynəlxalq həmrəylik, hüquqi məsuliyyət və humanitar prinsiplərə sadiqliyini açıq şəkildə nümayiş etdirərək dünya ictimaiyyətini konkret və əməli addımlar atmağa çağırır.

Minalardan təmizlənmiş ərazilərin yaradılması isə təkcə fiziki təhlükəsizlik deyil, həm də regional sabitliyin, iqtisadi inkişafın və davamlı sülhün əsas şərtidir. İnsanların doğma torpaqlarına qayıtması, kənd təsərrüfatı və biznes fəaliyyətinin bərpası, sosial və infrastruktur layihələrinin həyata keçirilməsi yalnız yerli əhəmiyyət daşımır. Bu, bölgədə harmoniyanın və beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə xidmət edən strateji addım, digər ölkələr üçün də təcrübədir.

Pünhan ƏFƏNDİYEV

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see269

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see261

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see254

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see248

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see236

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see235

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see230

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see226

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see225

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see220

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see217

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see204

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see202

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see197

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see195

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see195

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see193

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see190

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri